Imam Xamneyinin qəbulunda: Avropalılar müharibə törədir, sonra isə sülhdən dəm vururlar
Posted on : Təhlil 10/16/2017 12:59:37 PM
Bəzən adam eşidir ki, dünyada bizi kobudluğa ittiham edirlər. Bunlar böyük və ağıllı adamların qəbul edəcəyi, yaxud deyəcəyi sözlər deyildir
Bir milləti sarsıtmaq üçün ən yaxşı yol təbliğat sıxlığı ilə onu meydandan
çıxarmaqdır. Onu daima ittiham etməkdir, müdafiə mövqeyinə sövq etdirməkdir.
Bu, tanınmış bir metoddur. Bizi kobudluğa ittiham edirlər. Bu işləri kim görür?
Bir –iki il bundan əvvəl Avropa ölkələri rəhbərlərindən biri gəlmişdi.
Bildiyiniz kimi yüksək səviyyəli beynəlxalq görüşlərdə deyilən sözlərin çoxu
ümumi və adətən saqqala soğan doğrama və fikir yayma xarakteri daşıyır. O, sülh
haqqında danışdı. Yəni ki, biz sülhün tərəfdarıyıq. Mən belə görüşlərin
xarakterindən kənar tələbəlik görkəmi alaraq dedim: siz avropalılar müharibə
törədir, sülhdən dəm vurursunuz! Tarixin ən böyük müharibələrini siz
avropalılar törətmişsiniz, o qədər insanın ölümünə səbəb olmuşsunuz. Bizim,
dünyanın bu tərəfində olduğumuza baxmayaraq müharibənizin küləyi bizə nə qədər
ziyan vurdu. Indi də gəlib sülhdən dəm vurursunuz. “özün deyib, özün gülürsən, gör nə qədər bacarıqlısan”. Dedim: Bizim
müharibə adlı problemimiz yoxdur. Islam ölkələrinin heç biri müharibəni istəmir.
Siz müharibədən danışır, sonra da özünüz sülh şüarı verirsiniz.