header

 Ərdəbilin imam cüməsi ermənilərin cinayətini pislədi

Vəliyyi-Fəqihin Ərdəbil vilayətindəki nümayəndəsi Azərbaycan ərazisində erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı qızın şəhid edilməsini pisləyib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Vəliyyi-Fəqihin Ərdəbil vilayəti üzrə nümayəndəsi və Ərdəbil şəhərinin imam cüməsi Ayətullah Seyid Həsən Amili cümə namazı xütbələrində Azərbaycanın Fizuli rayonunda erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı uşağın şəhid edilməsini pisləyərək Azərbaycan dövlətini Qarabağın azad edilməsi istiqamətində təcili addım atmağa çağırıb.

 

Ərdəbil əhalisinin Rəhbərlik Xobrəqan Məclisindəki nümayəndəsi Azərbaycan dövlətindən ATƏT-in Minsk qrupuna etimad etməyərək Qarabağın azad edilməsi üçün təcili ölçü götürməsini istəyib.

 

4 iyulda Ermənistan silahlı qüvvələri minaatanlar və dəzgahlı qumbaraatanlarla Azərbaycanın Fizuli rayonunun Alxanlı kəndini atəşə tutublar. Nəticədə Sahibə Allahverdiyeva, 2 yaşlı nəvəsi Zəhra Quliyeva şəhid olub və bir nəfər də yaralanıb.

 

ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi Minsk qrupu 20 ildən artıqdır ki, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik edir. Lakin indiyə qədər bu qrupun fəaliyyətində heç bir irəliləyiş müşahidə olunmayıb.

Vəliyyi-Fəqihin Ərdəbil vilayətindəki nümayəndəsi Azərbaycan ərazisində erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı qızın şəhid edilməsini pisləyib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:29 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap