Ərdəbilin imam cüməsi ermənilərin cinayətini pislədi
Posted on : Ərdəbil 10/16/2017 1:00:29 PM
Vəliyyi-Fəqihin Ərdəbil vilayətindəki nümayəndəsi Azərbaycan ərazisində erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı qızın şəhid edilməsini pisləyib.
Fars Xəbər
Agentliyinin məlumatına görə, Vəliyyi-Fəqihin Ərdəbil vilayəti üzrə nümayəndəsi
və Ərdəbil şəhərinin imam cüməsi Ayətullah Seyid Həsən Amili cümə namazı xütbələrində
Azərbaycanın Fizuli rayonunda erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı uşağın
şəhid edilməsini pisləyərək Azərbaycan dövlətini Qarabağın azad edilməsi
istiqamətində təcili addım atmağa çağırıb.
Ərdəbil əhalisinin
Rəhbərlik Xobrəqan Məclisindəki nümayəndəsi Azərbaycan dövlətindən ATƏT-in
Minsk qrupuna etimad etməyərək Qarabağın azad edilməsi üçün təcili ölçü götürməsini
istəyib.
4 iyulda Ermənistan
silahlı qüvvələri minaatanlar və dəzgahlı qumbaraatanlarla Azərbaycanın Fizuli
rayonunun Alxanlı kəndini atəşə tutublar. Nəticədə Sahibə Allahverdiyeva, 2
yaşlı nəvəsi Zəhra Quliyeva şəhid olub və bir nəfər də yaralanıb.
ABŞ, Rusiya və
Fransanın həmsədrlik etdiyi Minsk qrupu 20 ildən artıqdır ki, Azərbaycanla Ermənistan
arasında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik edir.
Lakin indiyə qədər bu qrupun fəaliyyətində heç bir irəliləyiş müşahidə
olunmayıb.