header

 Ayətullah Sistani Mosulun azad olunması münasibəti ilə təbrik etdi

İraq şiələrinin təqlid mərcəyi Həzrət Ayətullah Sistani bir müraciətdə Mosul şəhərinin İŞİD terror qruplaşmasının işğalından azad olunması münasibəti ilə İraq xalqını təbrik edib.

Rəsa İnformasiya Agentliyinin məlumatına görə, Mosulun qərbinin azad olunması əməliyyatının komandanlarından Əbdülqəni əl-Əsədi Ayətullah Sistaninin nümayəndəsi Şeyx Əbdülmehdi Kərbəlayinin telefonla əlaqə saxladığını və Mosul azad olunduqdan sonra bölgənin vəziyyətinin araşdırıldığını deyib: O, Ayətullah Sistaninin komandanlar və döyüşçülərə təbrik müraciətini çatdırdı və onlara maddi və mənəvi dəstəyini qeyd etdi.

 

Əl-Əsədi deyib: İraq qüvvələri mərcəiyyətin ardıcılı olmaq və terrorizmlə mübarizə etmək üzrə öz əhd-peymanlarına sadiqdirlər.

 

İraq silahlı qüvvələri Dəclə çayının qərb sahilində Mosulun qədim hissəsinin İŞİD-in işğalında olan son məhəllələrini azad etməklə məşlğuldurlar və tezliklə Mosulda yekun qələbənin elan olunacağı gözlənilir.

 

İraq qüvvələri ötən cümə axşamı günü Mosulun qərbində Ən-Nuri məscidinə çatıblar və baş nazir Heydər əl-İbadinin dediyinə görə, bu müvəffəqiyyət Mosulda İŞİD-in sonu deməkdir. 

İraq şiələrinin təqlid mərcəyi Həzrət Ayətullah Sistani bir müraciətdə Mosul şəhərinin İŞİD terror qruplaşmasının işğalından azad olunması münasibəti ilə İraq xalqını təbrik edib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:29 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap