header

 Naməhrəm qadınla zarafat etmək olarmı?

Şəriət naməhrəm kişi və qadının zarafatlaşmasına necə baxır?

Zarafət özü özlüyündə pis iş hesab olunmur. Amma bir şərtlə ki ələ salmaq və mənasız olmasın. Çünki bu kimi işlər insanın izzət və dəyərini aradan aparır. Həddində və mənalı olan zarafat isə ağıl sahibləri və mütəfəkkirlər tərəfindən məqbul hesab olunur. Əxlaq alimləri şəraitindən və formasından aslı olaraq zarafatı bəzən vacıb ( mömünün qüssəsin dağıtmaq üçün), bəzən də haram bilmişlər.

İslam şəriəti də şəraitdən aslı olaraq həddi aşmayan, əxlaqdan uzaq olmayan, ələ salmaq qəsdi ilə olmayan, qəm qüssəni aradan aparmaq üçün olan zarafatı mübah (icazəli) bilirlər. Şəraitdən aslı olaraq haram olan zarafatlardan biri də naməhrəmlərin bir-biri ilə olan zarafatıdır. Məsələn qadının naməhrəm kişi ilə, yaxud kişinin naməhrəm qadınla zarafatı kimi

Bu barədə müctəhidlərin rəyi belədir:


Ayətullah Xamenei: Naməhrəmlər gərək həyacanlandıran və fəsada səbəb olan rəftar və söhbətlərdən çəkinsinlər.


Ayətullah Behcət: Daima fitnəyə səbəb olduğu üçün gərək tərk edilsin. Qohum və qeyri qohum arasında fərq yoxdur.


Ayətullah Sistanı- Naməhrəm kişinin qadınla, qadının kişi ilə zarafatı caiz deyil ( icazəli deyil)


Ayətullah Məkarim Şirazi- Bütün hallarda naməhrəmlə zarafat müşküllüdür ( icazəli olması problemlidir). Ciddi zarafat olsa belə çəkinmək lazımdır.


Y. Nuriyev

Şəriət naməhrəm kişi və qadının zarafatlaşmasına necə baxır?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap