header

 Ərdəbil imamcüməsi: İŞİD, Sipahın raketlə qulaqburması vermək səviyyəsində deyildir

Müsəlmanların Qüdsü azad etməkdəki uğursuzluğunun əsas səbəbi islam ölkələri başçılarının xəyanətidir

Tashaio.com-Vəli-Fəqihin əyalətdəki nümayəndəsi və Ərdəbilin imamcüməsi bu həftənin cümə namazı xütbələrində əhaliyə Qüds yürüşü münasibətilə təşəkkür edib bildirmişdir: əyalət əhalisi epik xarakterli yürüşdə iştirak etməklə ən böyük bəsirət, mərifət, atifə, həmrəylik və insan düşmənlərinə nifrət nümayiş etdirmişdir. Onlar bu işlə vicdan və həzrət-həq qarşısında islam və insanlıq dünyasının ən böyük probleminə laqeyd qalmadıqlarını sübut etdilər. Ayətüllah Amili həzrətləri artırmışdır: millətimizi tanımaq istəyən hər bir şəxs inqilabın nüfuzunu və rəhbərliyin əzəmətini görsün. Millətimizin birliyini, həmrəyliyini və qüdrətini görsün. Inqilabın hədəfləri uğrunda göstərdiyi müqavimətə baxsın. Bu yürüşü seyr etsin. Müxtəlif kanal və saytlara ağır vəsait xərcləyən Amerika çəkdiyi xərclərin nəticəsi olub olmadığını bilmək istəsə bu yürüşü görsün. Əyalətin xibrələr məclisindəki nümayəndəsi xütbələrin digər hissəsində bildirmişdir: sipahın raket qüdrəti ölkəmizin təhlükəsizlik əmsalını son dərəcə yüksəltmişdir. Əvvəla belə bir məsaj verdi ki, İranın təhlükəsizliyi ilə oynamağın xərci ağırdır. Demək düşmənin tamah dişini çəkdi ki, millətimizə cəsarət göstərən olmasın. Ikincisi, İŞİD, Sipahın raketlə qulaqburması vermək səviyyəsində deyildir. Sipah onların ərbab və himayədarlarına mesaj verdi ki, “kafirlər üçün də elədir”. Düşünülmüş şəkildə raketdən istifadə etdi ki, İranın son dərəcə bacarıqlı olduğunu İŞİD-i göndərənlərə göstərsin. Üçüncüsü, bu təşəbbüs İranın hərbi qüdrət və biliyinin yüksək səviyyədə olduğunu göstərdi. İranın öz silahı ilə bu kimi işlər görməsi blokada şəraitində öz ayağı üstündə dura bilməsini və ən qüdrətli hərbi texnologiyasına əl tapdığını göstərdi. Məlumdur ki, belə bir təşəbbüs üçün çox mürəkkəb bilik lazımdır. Dördüncüsü, əsas məsələmiz İsrailin istənilən nöqtəsini və eləcə də Amerikanın asılı ölkələrdəki hərbi bazalarını nişan almaq bacarığını nümayiş etdirməkdir. Buna görə də onların ürəklərinə dəhşət çökmüşdür. Amerika senatının Sipahın tutum və bacarığını nişan alan embarqosundan iki gün sonra raketlərin atılması mənalıdır. Amerikanın İranın raket proqramlarının ləğvini vurğuladığı bir vaxtda raket təşəbbüsü daha çox mənalıdır. Ərdəbilin cümə xətibi artırmışdır: biz, islam inqilabına millətimizə izzət bəxş etdiyinə görə minnətdar olmalıyıq. Bir vaxt tikanlı məftil istehsal etməkdən belə aciz idik. Indi isə sərhədlərimizdən kilometrlərlə kənardan olan hədələri aradan apaarırıq. Əyalətin ümumi mədəniyyət şurasının rəisi Ədliyyə qüvvəsi həftəsi münasibətilə bu qüvvəyə ədalətin həyata keçirilməsi və düşmənçiliyin aradan qaldırmasındakı roluna görə təşəkkür etmişdir. O, xütbələrin digər hissəsində bilsirmişdir: bu il də ötən illər kimi Fitir bayramından sonra əyalətimizə turist axını başlanacaqdır. Yaxşı olardı ki, həm məsullar, həm də əhali həmvətənlərimizin rifahı üçün çalışsınlar və onlarla xoş davransınlar. O, əhalidən istəmişdir ki, yay mövsümü ərzində əyalətin turizm mərkəzlərində, təbiətdə, xüsusilə meşələrdə gəzintiyə çıxarkən zibil torbaları götürsünlər və zibilləri təbiətə tullamaqdan çıkinsinlər. Ərdəbil imamcüməsi eləcə də Qədr gecələri yığıncaqlarını əzizləyərək demişdir: Məhərrəm və Qədr gecəsi yığıncaqları əyalətimizin əhalisinin əhlibeytə və Qurana ədəb göstərməsidir və ölkəmizin digər yerlərinə də nümünə olmalıdır. O, bu mərasimlərin təşkilatçılarına təşəkkür etmişdir. Vəli-Fəqihin əyalətdəki nümayəndəsi xütbələrin digər bir hissəsində Anbaranın sünni əhalisinə çoxlu tərif-tosiflər etdi. Bu diyarın əhalisinin bəsirət, dərk, vətənpərvərlik və fədakarlıq nümunələrini sadalamqla onları əyalətimizin fəxri və şərəfi hesab etdi. O, sərhəddə aşkar edilən cüzi miqdarda partlayış maddəsinin onların şıninə yaramadığını bildirərək dedi ki, Anbaran vahabiliyin nüfuz edə bilmədiyi ölkənin az tedad sünni rayonlarındandır. Onlar Məhərrəm əzadarlığı yola salmaqla əhlibeytin müqəddəs sahətini sevdiklərini sübuta yetirmiş, vahabiləri məyus etmişlər. O, Fitirbayramı gecəsinin və Fitir bayramının müstəsna fəzilətinə işarə edərək bildirmişdir: bu iki bayram namazlarının açıq fəzada qılınmasının müstəhəb olduğuna görə bu il fitir namazı açıq fəzada qılınacaqdır. Ayətüllah Amili həzrətləri xütbənin sonunda demişdir:   imam həzrətləri Fələstin hüququnun bərpası üçün Qüds gününü müəyyənləşdirməklə Fələstin işğalı mövzusunu güzəştə gedən ərəb başçılarının nəticəsiz müzakirə masasından çıxararaq kütlələrin sərəncamına verdi və Qərbin bu mövzunu Ərəb-İsrail arasında daxili bir məsələ kimi təqdim etmək səyini aradan apararaq onu islam dünyasının əsas probleminə çevirdi. O, müsəlmanların Qüdsü azad etmək uğursuzluğunu islam ölkələri başçılarının xəyanəti hesab etdi.

Müsəlmanların Qüdsü azad etməkdəki uğursuzluğunun əsas səbəbi islam ölkələri başçılarının xəyanətidir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap