Quran axır zamanda sionizmin məhv olacağı vədini vermişdir
Posted on : Əqidələr 10/16/2017 1:00:28 PM
Bəni-İsrail əzabının həyata keçirilməsi zamanı barədə təfsirçi nəzəriyyələr. Birinci hissə
Tashaio.com-din məsələləri üzrə ekspert
Quran və hədis üzrə ilahiyyat elmləri doktoru Əlirza Şərif böyük alimlərdən
biridir. O, İsrailin məhv olacağına dair "Quran axır zamanda sionizmin məhv
olacağı vədi” adlı məqalə dərc etmişdir. İsrail rejiminin gələcəyi haqqında
ondan müsahibə almışıq.
Sual: İsrailin 25 il ərzində məhv olacağı mövzusu müəzzəm
inqilab rəhbəri tərəfindən irəli sürülmüş, indi isə islam inqilabının əsas
mözubəhsinə çevrilmişdir. Siz, İsrailin məhvolma prosesi haqqında geniş tədqiqat
aparmışsınız. Lütfən başlanğıcda bu barədə ilahi vədə də işarə edəsiniz.
Bəli, bu bir çox təfsirçi və alimləri cəlb edən mövzubəhsdir
və Əsra surəsinin ilk ayələrində əksini tapmışdır. Allah-Taala bu surənin
birinci ayəsində bir hadisəni irəli sürür. Bu hadisə Rəsulüllah meracının özü
yox, müqəddiməsi olan gecə seyridir. Çünki bu, göyə yüksəlmək deyil, yer üzündə
baş verən hadisədir. Bu haqda kitablar və yazılar da vardır. Allah-Taala həmin
surənin 4 və 5-ci ayələrində deyir: “və Kitabda İsrail övladına xəbər verdik
ki, siz, yer üzündə iki dəfə fitnə törədəcəksiniz və çox böyük üsyan
qaldıracaqsınız. Birinci vədin vaxtı çatanda çox güclü bəndələrimizdən bir
tedadına göstəriş verəcəyik ki, sizi evbəev arasınlar. Bu hədə mütləq
riallaşacaqdır”. Allah-Taala Bəni-İsrailin yer üzündə iki dəfə fitnə törədəcəyinə
işarə edir.
Məncə- sözümün davamında onun dəlillərini deyəcəyəm- ümumiyyətlə
Bəni-İsrailin birinci fitnəsini aradan qaldırmaq üçün “çox kəskin gücə malik
olan bəndələrimiz” titulu ilə adlandırdığı adamlardan istifadə edəcəkdir. Hələ
islam tarixində Bəni-İsraillə belə davranacaq adamla rast gəlməmişik.
Allah-Taala “çox kəskin gücə malik olan bəndələrimiz” ifadəsilə onların
xüsusiyyətlərinə işarə edir. Həmin adamları Maidə və Mücadələ surələrində
hizbüllah partiyası kimi təqdim edir. Biz də çox uzaq olmayan bir gələcəkdə və
müəzzəm inqilab rəhbərinin dediyi kimi 25 ildən az bir müddətdə İsrail rejimindən
bir əsər-əlamət qlmayacağı fikrindəyik.
Sual: bu mövzunun başlanğıcını hansı məsələdə görürsünüz?
Ayri əsaslarınız da varmı?
Məlumdur ki, bunun üçün Hizbüllah formalaşmalıdır. Onun
formalaşma qüvvəsi və xüsusiyyətləri müəzzəm inqilab rəhbərinin işarə etdiyi və
Allah-Taalanın Müdəssir surəsinin 50 və 51-ci ayələrində ifadə etdiyi kimi
olmalıdır. Allah bu ayələrdə deyir ki, “sanki hürkmüş çöleşşəkləri aslanın
qabağından qaçırlar”. Hizbüllah aslan kimidir ki, çöleşşəkləri onu görüb nəriltisini
eşidəndə bir-birnə dəyir və elə qaçışırlar ki, çoxu ayaq altda qalıb ölür və bu
da onların məhv olmasına gətirib çıxarır. Bax, Allah-Taala Həşr surəsinin
ikinci ayəsində buna işarə edir. Elə bir mrhələ meydana gəlməlidir və
hizbüllanın elə bir əzəməti olmalıdır ki, onu “Qəsvərə” adlandıra bilək. Hətta
deyə bilərik ki, hizbüllanın ilk təzahürü islam inqilabında olmuşdur. Əsas
hadisə isə Maidə surəsinin 54-cü ayəsində başlanmışdır. Allah-Taala bu ayədə
deyir: “ey iman gətirənlər, hər biriniz dinindən dönsə Allah tezliklə başqa bir
qrupu gətirər. Allah onları, onlar da Allahı sevirlər. Onlar, möminlərə təvazökar,
kafirlərə isə üstündürlər. Allah yolunda cihad edir, heç bir məlamət və kinayədən
usanmırlar. Bu, Allahın fəzlidir. Allah, istədiyi adama bu fəziləti verər.
Allah bilici işgüzardır”. Ardı var….