header

 Mövsüm Səmədov: Qobustan qapalı həbsxanaya göndərilməm planı çoxdan var idi

“Məni həbsxanaya köçürülmək qorxutmur və buna hazıram. Amma baş verənlər qərəzin nəticəsidir”

İyunun 14-də Qaradağ Rayon Məhkəməsində Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsindən qapalı həbsxanaya köçürülməsi məsələsinə baxılıb. Məhkəmə 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədovun təqdimatı əsasında keçirilirdi.

Təqdimata Mövsüm Səmədov Qobustan həbsxanasında saxlanılarkən Konstitusiyaya dəyişikliklərə etiraz olaraq, aclıq aksiyası keçirdiyi zaman 15 gün kars cəzasına məruz qalmasına dair qərar da əlavə olunub. İlahiyyatçının vəkili Yalçın İmanov buna etiraz edib. Mövsüm Səmədovun özünün də iştirak etdiyi məhkəmə prosesi açıq keçirilsə də, prosesi izləməyə gələnlər içəri buraxılmayıb. Səbəb kimi isə məhkəmə zalında yer olmaması göstərilib. Məhkəmədə cəzaçəkmə müəssisəsini əməliyyat şöbəsinin rəisi Namiq Əliyev təmsil edirdi. O, rəisin təqdimatını müdafiə edib. Təqdimatda yazılıb ki, Mövsüm Səmədov islaholunmaz məhkumdur, müəssisədə radikal şiə mövzusunda söhbətlər aparır, başqa məhbusları rəhbərliyə qarşı çıxmağa sövq edir və s.

Təqdimat verən rəis özü niyə məhkəməyə gəlmir?

Vəkil Yalçın İmanov məhkəmədə bir neçə vəsatət qaldırıb. Birinci vəsatət vəsatət təqdimatı imzalamış rəis Rauf Məmmədovun özünün məhkəmədə iştirakı haqda olub. Vəkil bildirib ki, təqdimatda yazdığı məsələlər haqda rəisə sualları var. “Mövsüm Səmədov 13 saylı cəzaçəkmə müəssisəsinə daxil olandan sonra onun haqqında verilmiş doqquz tənbeh tədbirinə dair qərarlarda gah onun baş örtüyünü çıxarmadığı; gah nəzərdə tutulmayan yerdə namaz qılması; gah müəssisədə abadlıq işlərində iştirak etməməsi; gah yataq dəstini yerə atması kimi səbəblər göstərilib. Amma müəssisənin rəisi Rauf Məmmədovun 20 mart 2017-ci il tarixli qərarında konkret olaraq, Mövsüm Səmədovun dövlət əleyhinə söhbətlər apardığı və müəssisədəki məhkumlar arasında dini təbliğat apardığına görə cəzalandırıldığı qeyd olunur. Bu da digər qərarlarla ziddiyyət təşkil edir, onları şübhə altına almağa əsas verir”, – deyə Yalçın İmanov bildirib. Amma hakim Rəşad Məmmədov vəsatəti təmin etməyib.

“Hətta dərmanları da mənə vermirlər”

Vəkil belə olan halda, suallarını müəssisənin şöbə rəisi Namiq Əliyevə ünvanlayıb. Amma o da sullara cavab verə bilməyib. Məsələn, vəkil soruşub ki, “Mövsüm Səmədovun radikal şiə fikirləri” deyəndə nəyi nəzərdə tuturlar? Namiq Əliyev cavab verib ki, demək istəmir. Yalçın İmanovun daha bir vəsatəti 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan iki məhkumun şahid kimi dindirilməsi haqda olub. Vəkil vəsatətini belə əsaslandırıb: “Müəssisənin nümayəndəsi Namiq Əliyev bildirdi ki, Mövsüm Səmədov guya, bu məhkumların etibarından sui-istifadə edib, onları cəzaçəkmə müəssisəsinin əməkdaşlarına qarşı çıxmağa sövq edib. Ona görə də xahiş edirik, həmin məhkumlar özləri gəlib, məsələyə aydınlıq gətirsinlər”. Məhkəmə bu vəsatəti də təmin etməyib. Yalçın İmanov Mövsüm Səmədov haqqında xasiyyətnaməyə imza atmış müəssisə əməkdaşları Aqşin İsmayılov və Bəxtiyar Quliyevin də məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb. Xasiyyətnamədə Mövsüm Səmədov mənfi xarakterizə olunub. Hakim bu vəsatəti də təmin etməyib. Məhkəmədə Mövsüm Səmədov özü də çıxış edib. Heç bir qanun pozuntusuna yol vermədiyini deyən ilahiyyatçı baş verənləri qərəzin nəticəsi adlandırıb: “Bu qərəzin müəssisə rəhbərliyi, yoxsa daha yuxarı səviyyədə olduğunu bilmirəm. Hər bir halda, qərəz ortadadır. Mən heç bir qanun pozuntusuna yol vermədiyim halda, haqqımda ardıcıl olaraq, cəza, tənbeh qərarlarının verilməsi də bunun nəticəsidir”. Mövsüm Səmədov deyir ki, yenidən Qobustandakı qapalı həbsxanaya göndərilməsi planı çoxdan var idi. Elə ardıcıl cəzalandırılması da bu planı həyata keçirməkdən ötrü zəmin hazırlamaq idi: “Məni həbsxanaya köçürülmək qorxutmur və buna hazıram. Sadəcə, hüquqlarım uğrunda mübarizə aparıram”. Səhhətindəki problemlərdən danışan Mövsüm Səmədov qeyd edib ki, qaraciyərində ağrılar var, immuniteti daha da zəifləyib. İlahiyyatçının sözlərinə görə, hətta yaxınlarının müəssisəyə gətirdiyi dərmanları da ona vermirlər.

“Qanunsuz qərardır, şikayət veriləcək”

Ardından hakim Rəşad Məmmədov qərar vermək üçün müşavirəyə gedib. Bir neçə dəqiqədən sonra geri qayıdaraq, 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədovun təqdimatının təmin olunduğunu elan edib. Qərara əsasən, Mövsüm Səmədov növbəti üç ili qapalı həbsxana rejimində keçirməlidir. Vəkil Yalçın İmanov qərarın qanunsuz və əsassız olduğunu bildirib. Qeyd edib ki, qərardan apellyasiya şikayəti veriləcək: “Bizim üçün gözlənilməz qərar olmadı. Çünki Mövsüm Səmədov 2016-cı ilin noyabrında 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülən gün və ondan sonra da dəfələrlə “karsa” salınanda artıq görünürdü ki, onu yenidən Qobustan həbsxanasına qaytarmaq planı var”.

Mövsüm Səmədov 2011-ci ildə dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s. ittihamlarla 12 il azadlıqdan məhrum edilib. Amma ilahiyyatçı ittihamları qəbul etmir, hökuməti tənqid edən fikirlərinə görə cəzalandırıldığını bildirir. 2014-cü ilin noyabrında da Mövsüm Səmədov müəssisə rəisinin təqdimatı əsasında iki illik həbsxana rejiminə köçürülmüş, 2016-cı ilin noyabrında geri qaytarılmışdı./azadlıq/

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap