header

 Ərəbistanın mufti-əzəminin Qətər haqqındakı fətvası

Ərəbistanın mufti-əzəminin Qətər haqqındakı fətvası

Tashaio.com-Ərəbistanın mufti- əzəmi Əbdüləziz bin Abdullah Al-Əşşeyx Əl-Həyat qəzetinə verdiyi müsahibədə demişdir: Ərəbistan və digər ölkələrin Qətərə qarşı son təşəbbüsləri icra yönümlüdür, müsəlmanların və qətərlilərin özünün gələcəyinin xeyrinədir. Bu təşəbbüslər hikmət və bəsirətə əsaslanır və hamının xeyrinədir! O, iddia etmişdir ki, Ərəbistanın kralı Məlik Salman bin Əbdüləziz çoxlu məlumata malik olan bir xibrə siyasətçidir, yaxşılıq və xeyirli istiqamətdə hərəkət edir. Ərəbistana edilən ittihamlar yersiz və batildir. Ərəbistan düzgün iş görən bir islam ölkəsidir və islama və müsəlmanlara çoxlu xidmət etmişdir. Ərəbistan etimad ediləsi bir ölkədir, heç kimin işinə müdaxilə etmir, haq yolda gedir, heç kimdən pislik görməmişdir, çünki həmişə doğru yolda olmuşdur! Al-Əşşeyx demişdir: Məhəmməd bin Əbdülvahabın (o, sünni Hənbəli məzhəbində yeni nəzər yaratmışdır ki, sonralar müsəlmanların və Səudiyyə Ərəbistanın sünni alimləri arasında vahabilik adı ilə kök salmışdır) simasını zədələməyə səy göstərilir. Onun dəvəti şirkdən uzaqlaşmaq üçün islahatçı bir dəvət idi. Son vaxtlar Əbdülvahabın nəvələri tərəfindən verilən bəyaniyyə və Qətərin sabiq əmirinə mənsubluqdan imtina etmələri hamıya məlum idi. Özünü Əbdülvahaba qondarma mənsub hesab edən adam bu işini tərk etməlidir. O, İxvanülmüsliminin Ərəbistana qarşı fətvası və onun regiondakı rolu haqqında demişdir: müsəlmanlar ilahi təqvaya malik olmalı əhli-kitab və sünnə haqqındakı mövqelərini konkretləşdirməli və boşboğazlıqdan çəkinməlidirlər. Mən İxvanülmüslimin və başqalarından istəyirəm ki, bəzi fikirlərin fanatı olmasınlar. Onların Ərəbistanı ittiham etmələri düzgün olmazdı.

 

Ərəbistanın mufti-əzəminin Qətər haqqındakı fətvası
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap