Azərbaycanlı müctehid Ayətullah İsa Qasimə görə Bəhreyn rejimini tənqid etdi
Posted on : Təqlid mərcələrinin 10/16/2017 1:00:27 PM
Nüfuzlu təqlid mərcəsi Bəhreyn hadisələrindən və Ayətullah İsa Qasimdən söz açıb
İslam Dünyasının milliyətçə
azərbaycanlı böyük mərcəi təqlid müctehidi
Ayətullah uzma Cəfər Sübhani Ayətullah
İsa Qasimin müdafiəsinə qalxıb.
Ayətullah uzma Cəfər Sübhani Ayətullah İsa
Qasimin böyük din alimi olduğunu deyərək bildirib: “Onun həyatında kiçik bir
nöqsan da tapa bilməzlər. O ölkəyə xidmət etmək istəyən sədaqətli bir alimdir.
Ayətullah İsa Qasim bütün təqlid mərcələrinin etibar etdiyi şəxslərdəndir və o
daim xalqı hüquqlarını aramlıqla tələb etməyə dəvət edirdi. O, “Şiələrin hüququnun müzakirə ilə bərpasını
istəyirik” deyirdi. Ali-Xəlifə şiələrin hüququnu vermək istəmir deyə bu məsələləri
təkzib edir. Ali-Xəlifə rejimi özünü həm qazi, həm şikayətçi, həm də qanunu
yazan hesab edir. Bu zülmlər müqabilində ərəb dünyası və beynəlxalq təşkilatlar
susmaqdan başqa bir iş görmürlər. Allahdan istəyimiz budur ki, qısa zamanda
Ali-Xəlifə rejiminin şərrini şiələrin başından əskik etsin.”