İsrail: Ərəbistan bizim düşmənimiz deyildir/ Telaviv və Riyadın birgə mənafeləri vardır
Posted on : Təqlid mərcələrinin 10/16/2017 1:00:27 PM
Sionist rejimin hərbi informasiya təşkilatının sabiq rəisi bu rejimlə Səudiyyə Ərəbistanı arasındkı birgə mənafedən danışaraq açıqlamışdır ki, Riyad Telavivin düşməni hesab edilmir
Sionist rejimin hərbi informasiya təşkilatının sabiq rəisi və
təhlükəsizlik araşdırmalar mərkəziin indiki rəhbəri Amus Yadlin demişdir: Ərəbistanın
böyük silah müqaviləsinə əsasən hərbi texnika və silah-sursat İsrail üçün təhlükəsizdir.
Yadlin Haarets qəzetinə verdiyi müsahibədə artırmışdır: hər bir təhlükəsizlik məsələsində
olduğu kimi bunun da riskli və müsbət cəhətləri vardır. O açıqlamışdır: birinci
növbədə bu müqaviləyə orta şərqdə İsrail və Ərəbistanın birgə mənafeyini hədələyən
amilə qarşı olduğu nəzərdə tutulmalıdır. Yadlin “Ərəbistan İsrail üçün artıq
effektiv düşmən deyildir deyə artırmışdır: Ərəbistan kimi ölkə sabitlik
problemi ilə üzüzədir. Bu ölkədə rejim dəyişikliyi baş verdiyi təqdirdə bu
silahlar İsrailə qarşı daha düşmən olan bir hakimiyyətin əlinə keçəcəkdir ki,
bunun da ehtimalı çox deyildir. Yadlin demişdir: belə bir vəziyyət qabağa gələrsə,
Amerika ehtiyat hissələrini və hərbi msləhətlərinin dayandıracaqdır. Xarici
uçuşlara aid kadrların fəaliyyətlərinə son qoyulacaqdır. Qəzet sionist rejimi təhlükəsizlik
aparatlarının bir sıra qaynaqlarından nəql edərək yazmışdır: bu aparatlar Ərəbistana
İsraili birbaşa hədələməyən bir ölkə kimi baxırlar. O, son illərdə inkişaf
etmiş qərb silahlarını alan və İsraillə sülh müqaviləsi imzalayan Misir kimi bir
ölkələr cərgəsindədir.