header

 Gedin Allahı həbs edin!

Bu ölkədə həbsə atılacaq və barəsində danışılacaq və barəsində höküm çıxarılacaq yalnız bir vücud var. O da Allahın özüdür

Dünən Azərbaycan İslam dünyasında üç maraqlı xəbərdən yəqin ki, sizin də xəbəriniz var. Yoxdursa məqaləni oxuduqca inanıram ki, siz də mənim keçirdiyim hissləri keçirəcək və avamgünə insanların “cənnət və cəhənnəm elə bu dünyadadır” sözünün mahiyyətini dadacaqsınız. Deməli birinci əcaib xəbərdarlıq bundan ibarətdir ki, evlərdə kiməsə Quran dərsi demək olmaz. İmza: Dini Qurumların namaz qılmayan sədri Mübariz müəllim. Niyə olmaz? Niyəsi  cürüyü çıxmış radikallıq mövzusudur. Güya evdə kiməsə Quran öyrədəndə ona radikallıq da öyrədərlər. Belədə ki, Quran elə başdan ayağa “radikallıq”la doludur. Zülmə  boyun əyməmək, zalıma qarşı çıxmaq, Peyğəmbərin dostlarına qarşı mehriban, düşmənlərinə qarşı mübariz olmaq, əmanətə xəyanət etməmək, saxtakarlıq etməmək, rüşvət almamaq, sələm və faiz verməmək və, və, və.  Nə isə.
 
Ikinci əcib-qərib xəbər isə molla və axundların QMİ tərəfindən medal və qələmlə təltif olunmasıdır. Deyirəm: Dağıl a dünya! Bir tərəfdə Şeyx Sərdar Hacıhəsənlini namaz qıldığı üçün həbs elə, digər tərəfdən isə digərinə medal ver. Demək ki, bu ölkədə namaz qıldığı üçün kimsə həbs olunmur, həbs olunan saray kateqoriyasından xaricdə qalanlardır. Azərbaycanlı adət-ənənəsinə əsasən bu mövzunun da üzərindən “əşşşi”  deyib keçərək üçüncü xəbərə   diqqətimizi yönəldək.
 
Şeyxülislam həzrətləri QMİ-də keçirilən tədbirdə din xadimlərinə istər mətbuata açıqlamalarda, istərsə də xütbələrdə Azərbaycandan başqa, digər ölkələrdəki hər hansı problem barədə danışmamaq tapşırığını verdiyini bildirib.
 
O qeyd edib ki, bundan sonra din xadimləri bu məsələdə qəti diqqətli olmalıdırlar: “Tapşırmışam ki, ancaq Azərbaycanda baş verənlərlə bağlı danışsınlar, fikirlərini bildirsinlər, başqa ölkələrin işinə qarışmasınlar. Ümumiyyətlə, dindarlar özbaşına bəyanat verməsinlər”.
 
Deyirəm Şeyxin cümlələrindəki “bəyanat”, “mətbuata açıqlama”, “xütbə” sözləri adamı şəkkə salmaya bilmir. Axı Şeyx bu tapşırığı üzümüzə gələn Ramazan ayı ilə bağlı tədbirdə deyib. Məsələ aydındır. Söhbət İslam dünyasının ən görkəmli şəxsiyyətlərindən olan İran İslam İnqilabının Rəhbəri İmam Xomeyninin (r.ə) göstərişi əsasında mübarək Ramazanın ayının son həftəsindəki  Qüds günündən gedir. Qüds günü İmam Xomeyni (r.ə) tərəfindən zülmə etiraz, məzlum Fələstin xalqına dəstək üçün keçirilən ictimai yürüşdür.
 
Bu tədbir ilk dəfə İran İslam Respublikasında keçirilsə də sonralar bir çox müsəlman və qeyri-müsəlman ölkələrində müsəlmanlar tərəfindən geniş surətdə qeyd olunmuşdur. Görünür Ramazan ayı gəlməmiş bəzilərinin kürkünə artıq bit düşüb. Cənab şeyxi bilmirəm, amma biz müsəlman olaraq bütün müsəlmanların halına acımalı, onların dərdinə şərik olmalıyıq. Hətta cənab şeyx həzrətləri uzun illərdir ki, Qüds mərasimini özü də qeyd edir. Indi necə olur ki, birdən birə bütün mollalarına digər müsəlman qardaşlarının halına yanmamağı, insanları müsəlmanların başlarına gələn müsibətlərdən xəbərdar etməməyi, müsəlmanlara zülm edənləri məhkum etməyi qadağa qoyur? Sizcə nə baş verir?
 
Məgər ölkəmizdə iki gün öncə İslam Həmrəylik oyunu keçirilmədimi? Onda belə çıxır ki, milyonların bahasına, xalqın əziyyətlərininin bahasına baş tutan tədbirin mahiyyəti ancaq idmanda atılıb-düşməkdən ibarət olub? Məncə bu belə deyil. İslam və həmrəylik sözünün əsas mahiyyəti elə vəhdət, dərdə şərik olmaq, mehribanlıq, həmdərd olmaq deməkdir... Bir Qüdsə görə milyonlar bahasına baş tutmuş dövlət əhəmiyyətli tədbirin mahiyyətini sual altına aparmaq nə dərəcədə düzdür? Məgər sizin və Dini Qurumlarla axund və imamlar üçün hazırladığınız kitabın birinci mövzusu “Allaha iman”, ikinci mövzusu “ədalət”, üçüncü mövzusu isə “Qurani-Kərimin mahiyyəti” deyilmi? Məgər Qurani-Kərim bizə Allahın ipindən möhkəm yapışaraq, ayrılmamağı əmr etmirmi?
 
Digər tərəfdən isə bildiyiniz kimi cümə namazı əxlaq dərsi deyil, ictimai xütbələrdən ibarətdir. Hərçənd ki, bu gün əxlaq dərsi yerinə cümə namazından öncə danışılır. Həmin axundlar nə üzlə ədalətdən danışsınlar ki, hal -hazırda sizin kimi xaricdə təhsil almış və sizin kimi başında Peyğəmbər (s) əmmaməsi olan ruhani alimlər, Quran hafizi qeyri-adekvat və qondarma ittihamlarla üz-üzədirlər.
 
Allah-taala Nisa surəsinin 58-ci ayəsində buyurur: Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Allah sizə gözəl nəsihətlər verir. Allah (hər şeyi) eşidəndir, görəndir!
 
Hansı məhkəmədə bu vaxta kimi həbs olan dindar və ruhani barəsində ədalətli höküm çıxarılıb?  Hansı vəkilin qaldırdığı vəsadət məhkəmə tərəfindən təmin olunub? Məgər Quran bizə ədalətlə hökm etməyi əmr etmir? Qurani Kərimin digər ayəsində Allah-taala buyurur:
 
Həqiqi möminlər ancaq Allaha və Onun elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! Onlar doğru danışanlardır(Hücurat 15)
 
Quranı oxuduqca düşünürəm ki, bu ölkədə həbsə atılacaq və barəsində danışılacaq və barəsində höküm çıxarılacaq yalnız bir vücud var. O da Allahın özüdür. Gedin Allahı həbs edin.

Emil Rahiloğli

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap