Qarabağ Türkiyənin yeni ixtilaf salma alətidir
Posted on : Tarix 10/16/2017 1:00:26 PM
Qarabağ Türkiyənin yeni ixtilaf salma alətidir
Tashaio.com-Qarabağ münaqişəsi regionda ilk və ən uzunmüddətli etnik
müharibədir. Soyuq müharibədən sonra geniş və mürəkkəb xarakter daşıyan müharibələrdən
birirdir. Dağlıq Qarabağ regionu Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə
və Hadrut rayonlarından ibarətdir və 4400 kvadrat kilometr sahəsi vardır. Bu
region 1988-ci ildən etibarən Azərbaycan və Ermənistan ölkələri arasında ixtilaf
mövzusudur. Əlbəttə Türkiyənin regiona müdaxiləsi və türk mediyasının təbliğatları
səbəb olmuşdur ki, Qarabağ türklərin tərəfindən Qafqaza təsir buraxmaq üçün
siyasi bir alət kimi istifadə edilsin. Türkiyənin regiondakı siyasətlərinin əsas
cəhətlərini aşağıdakı kimi ümumiləşdirmək olar:
1-Millətçiliyin yayılması. Avropa dillərində nasion adlanan
millət sözü “nasci” (anadan olmaq) mənasındadır və XIII əsrdən etibarən rəvac
tapmışdır. Nasion əslində bir xalqa işarə edir ki, soy və doğulma yerin əsasları
ilə bir-birilə əlaqədədir . Avropada ronesansın əmələ gəlməsindən, kilsə
qüdrətinin tənəzzülə uğramasından, feodalizmın aradan getməsindən və
burjuvaziyanın yeni sinif kimi formalaşmasından sonra millət termini tədriclə
qüdrət və hakimiyyət məfhumunu daşımağa başladı. Deməli nasionalizm sözü əslində
siyasi xarakter daşımırdı və get-gedə XIIX əsrin sonları və XIX əsrin əvvəllərində
Avropanın siyasi terminologiyasına daxil oldu. Əlbəttə millətçiliyin Avropada
inkişafı nəticəsində dünyanın digər nöqtələrinə də yayldı və müqəddəs bir
ideoloji əsasa çevrildi. Qarabağ böhranı və Azərbaycanın Ermənistanla
toqquşması səbəb oldu ki, türklər Azərbaycanla mədəni və dil qohumluğundan
istifadə edərək bu mövzudan sui-istifadə edib özünü bu ölkənin yeganə himayədarı
kimi təqdim etsin, regional əməkdaşlığı daha da artırmaq üçün millətçiliyi rəvac
verməyə başlasın. Türkiyə rəhbərləri ümid edirlər ki, millətçiliyi rəvac verib
öz hədəflərinə istiqamətləndirməklə İranın daha dərin dini (regionun şiəlik əsasını)
nəzərə alaraq nüfuzunu azaltsınlar.
2-Regionda nüfuz etmək: Türkiyə Qarabağ böhranından istifadə
edərək Azərbaycan xalqını təhrik etməklə öz nüfuzunu artırmaq fikrindədir.
Ümumi fikrin Qarabağ böhranına həssaslığı və böhranın davam etməsi səbəb
olmuşdur ki, Türkyə həmin böhrandan istifadə etməklə Azərbaycan
respublikasındakı nüfuzunu qanuni göstərə və artıra bilsin.
3-Türkdillilər arasında mövqe qazanmaq: Türkiyə və onun rəhbərləri
özlərini dünya türklərinin yeganə himayədarı kimi təqdim etməyə çox meyillidirlər.
Qarabağ böhranı onlar ümçün əlverişli şərait yaratdı. Nəzərə alsaq ki, “türk”
termini geniş mənada türk dilində danışanları ehtiva edir, tükdilliləri şərqi və
qərbi qrupa bölmək olar. Şərq qrupu keçmiş SSRİ-nin türk əhalisini (Azərbaycan
respublikasını çıxmaqla), Çinin Sinkiyang regionunu, qərb qrupu isə Avropanın
türk əhalisini, qərbi Asiyada, Türkiyə və Azərbaycan respublikasında sakin olan
türkləri ehtiva edir. Türkiyə regionda millətçilik hissiyyatını təhrik edib
onunla oyanayaraq region əhalisinə rəhbərlik etməyə və özünü türk dünyasının rəhbəri
kimi təqdim etməyə meyillidir. Türkiyənin oynadığı belə bir rol səbəb olacaqdır
ki, bu ölkə regional bir qüdrət kimi regionun bütün siyasi hadisələrini əlinə
keçirsin.
4-Osmanlı ideyasının bərpası: Qarabağ böhranı və Azərbaycan
respublikasının Ermənistanın qarşısında məğlubiyyəti türkdilli ölkələrdə Osmanl
ideyasının yayılmasına əlverişli şərait yaratmışdır. Türkiyə həmin böhrandan
istifadə edərək türkdilli regionlarda Osmanlı ideyasını aşılamaqdadır: böyük və
qüdrətli türk imperiyası yarandığı təqdirdə bu kimi hadisələr baş verməyəcəkdir.
Demək Türkiyə Qarabağ böhranından məqsədyönlü istifadə edir və onun həllinə
razı deyildir və bu böhranın daha da intensivləşməsinin tərəfdarıdır.