Əhli Beyt (ə) məktəbində əxlaqın dəyəri
Posted on : Əqidələr 10/16/2017 1:00:26 PM
İslam dini insanı həm fərdi, həmdə ictimai müstəvidə yetişdirir
Həqiqətən islam dini insanın həm fərdi, həmdə ictimai
dünyasını əhatə edir. Ruhdan və bədəndən ibarət olan insanın cox mürəkkəb
daxili dünyası vardır.
Əxlaq alimlərinin dili ilə desək müsbət və mənfi sifətlərlə yüklənmiş
insanın daxilində daima mübarizə gedir. Bəzən insan rahat, səbirli, mülayim
olur. Özü xoş əhvalda olan insan ətrafına da xoş təsir bağışlayır. Bəzən isə
bunun tam əksi olur. Daxili aləmi xarab olub, viran olmuş insan ətrafını da öz
daxili aləminə döndərir.
Əxlaq insanın fərdi keyfiyyətidir ki, sozün də, əməlin də, rəftarın da təzahür
edir. Yəni insanın etdikləri, yaxud danışdıqları onun düşüncəsinin məhsuludur.
Demək düzgün cəmiyyəti formalşdırmaq üçün düzgün formalaşmış fərdlər lazımdır.
Yəni fərdlərin, şəxslərin formalaşması lazımdır.
Şəxsin formalaşmasını hər kəs bircür görür. Yəni bu məsələni hər kəs öz dünya
görüşünə əsasən təhlil edir və etdiyi təhlildən də razı qalır. Niyə? Çünki təhlil
edən və nəticə alan mənbə ilə (ağılla), məlumatın mənbəyi (ağıl) eynidir. Yəni
hər kəs üçün həqiqətin meyarı onun ağlıdır.
İlahı vəhydən qaynaqlanan islam dünya baxışında isə həqiqətin meyarı ilahi vəhydir.
Yəni peyğəmbərlərin (ə) göstərişlərinə əməl etmək, daha dəqiq desək məsələyə
peyğəmbər müstəvisindən baxmaq. Təbii ki haqq olan ilahinin ğöndərdiyi peyğəmbərlərin
(ə) baxış bucağı ən dəqiq, nə doğru baxışdır.
Əhli Beyt(ə) məktəbi elə peyğəmbər (ə) məktəbi deməkdir. Bu məktəb insanları
yaxşılığa dəvət erdir, pislikdən cəkindirir. Yəni insan öz daxili aləmini
ilahi vəhyin işığında yaxşı eləsə ( o yaxşı ki, Allah onu yaxşi bilir) ətrafı,
cəmiyyəti yaxşı ( abad)olar.
Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf
et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla
cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost
görərsən!
Fussilət 34.
Yaxud İmam Sadıq (ə) buyurur:
اِنَّ مِمّا يُزَيِّنُ الاِْسْلامَ الاَْخْلاقُ الْحَسَنَةُ فيما
بَيْنَ النّاسِ؛
İnsanların arasında olan xoş əxlaq islamı zınətlərdəndir.
Həqiqətən ilahi vəhydən ilham alan Əhli Beyt (ə) məktəbi ən mükəmməl əxlaq mənbəyidir.