header

 Əhli Beyt (ə) məktəbində əxlaqın dəyəri

İslam dini insanı həm fərdi, həmdə ictimai müstəvidə yetişdirir

Həqiqətən islam dini insanın həm fərdi, həmdə ictimai dünyasını əhatə edir. Ruhdan və bədəndən ibarət olan insanın cox mürəkkəb daxili dünyası vardır.

Əxlaq alimlərinin dili ilə desək müsbət və mənfi sifətlərlə yüklənmiş insanın daxilində daima mübarizə gedir. Bəzən insan rahat, səbirli, mülayim olur. Özü xoş əhvalda olan insan ətrafına da xoş təsir bağışlayır. Bəzən isə bunun tam əksi olur. Daxili aləmi xarab olub, viran olmuş insan ətrafını da öz daxili aləminə döndərir.

Əxlaq insanın fərdi keyfiyyətidir ki, sozün də, əməlin də, rəftarın da təzahür edir. Yəni insanın etdikləri, yaxud danışdıqları onun düşüncəsinin məhsuludur. Demək düzgün cəmiyyəti formalşdırmaq üçün düzgün formalaşmış fərdlər lazımdır. Yəni fərdlərin, şəxslərin formalaşması lazımdır.

Şəxsin formalaşmasını hər kəs bircür görür. Yəni bu məsələni hər kəs öz dünya görüşünə əsasən təhlil edir və etdiyi təhlildən də razı qalır. Niyə? Çünki təhlil edən və nəticə alan mənbə ilə (ağılla), məlumatın mənbəyi (ağıl) eynidir. Yəni hər kəs üçün həqiqətin meyarı onun ağlıdır.

İlahı vəhydən qaynaqlanan islam dünya baxışında isə həqiqətin meyarı ilahi vəhydir. Yəni peyğəmbərlərin (ə) göstərişlərinə əməl etmək, daha dəqiq desək məsələyə peyğəmbər müstəvisindən baxmaq. Təbii ki haqq olan ilahinin ğöndərdiyi peyğəmbərlərin (ə) baxış bucağı ən dəqiq, nə doğru baxışdır.

Əhli Beyt(ə) məktəbi elə peyğəmbər (ə) məktəbi deməkdir. Bu məktəb insanları yaxşılığa dəvət erdir, pislikdən cəkindirir. Yəni insan öz daxili aləmini ilahi  vəhyin işığında yaxşı eləsə ( o yaxşı ki, Allah onu yaxşi bilir) ətrafı, cəmiyyəti yaxşı ( abad)olar.

Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!
Fussilət
34.

Yaxud İmam Sadıq (ə) buyurur:


اِنَّ مِمّا يُزَيِّنُ الاِْسْلامَ الاَْخْلاقُ الْحَسَنَةُ فيما بَيْنَ النّاسِ؛

 

İnsanların arasında olan xoş əxlaq islamı zınətlərdəndir.


Həqiqətən ilahi vəhydən ilham alan Əhli Beyt (ə) məktəbi ən mükəmməl əxlaq mənbəyidir.

 

İslam dini insanı həm fərdi, həmdə ictimai müstəvidə yetişdirir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap