header

 Nə edək ki, həyatdan razı olaq?

Nə edək ki, həyatdan razı olaq?

İmam Hadi (ə) buyurur: “Ey insan! O zamanı yada sal ki, ailənin qarşısında torpağa düşəcəksən və gedən haldasan. Nə elə bir təbib vardır ki, dərdinə yarasın və sənə faydalı olsun, nə də dostun vardır ki, sənə xeyir verə bilsin”.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər ölümü çoxlu yada salsanız, qalan çətinlikləriniz həll olar”. Yəni, çətinliklər ölümü yada salarkən rəngsizləşər. (Tebyan)

Ölümü yada salmağın çox sayda faydaları vardır ki, onların bəziləri ilə tanış olaq:

1. Ölümü yada salmaq insanı haram ləzzətlərdən çəkindirər.

2. Ölümü yada salmaq insanın qəlbini dirçəldər. O qəlblər ki, ölüdürlər və əgər dirilmək istəyirlərsə, Peyğəmbərimizin (s) də buyurduğu kimi, yolu – ölümü yada salmaqdadır.

3. Ölümü yada salan zaman insan ölümlə yaxın olar. Ona görə də ölmək onun üçün asan gələr.

4. Ölümü yada salmaq insanın günahlarını paklayar, yəni həsənəsi vardır ki, o da günahları pak edər.

5. Dünyaya qarşı meyilsizlik artar. İnsan adətən dünyaya bağlanan zaman çox sayda günahlar və xatalar edər. O zaman ki, ölümü yada salar, dünya sevgisi azalar.

6. İnsan ölümü yada salan zaman nə qədər aciz olduğunu hiss edər və ona görə üsyan etməkdən çəkinər.

7. Ölümü yada salan insan həyatından razı olar. Baxmayaraq ki, böyük imkanlara malik olmasa belə, əlində olanların qədrini bilər. Bu, çox mühüm bir mexanizmdir. Bunun vasitəsilə insan naşükürlük və nankorluq mərəzindən xilas ola bilər.

8. Ölümü yada salmaq insana böyük müsibətləri asan edər.

9. Ölümü yada salmaq şəhvətin qarşısını alar.

10. Ölümü yada salmaq ən yaxşı nəsihət verəndir.

Nə edək ki, həyatdan razı olaq?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap