İnqilab Rəhbəri: Küfr dünyası İslamın mahiyyətini məhv etmək ardıncadır
Posted on : Təqlid mərcələrinin 10/16/2017 1:00:26 PM
İslam İnqilabının Böyük Rəhbəri Quranda yer alan "Allaha iman və Tağuta küfr" prinsipini düzgün dərk etmə və onu gerçəkləşdirməyi İslam Ümmətinin izzətinin rəmzi adlandırıb və deyiblər: Bu gün Küfr dünyası İslam mahiyyətini məhv etməyə çalışır.
İslam İnqilabının
Böyük Rəhbəri həzrət Ayətullahülüzma Xamenei cümə axşamı səhər 34-cü Beynəlxalq
Quran Müsabiqəsinin seçilmiş iştirakçıları ilə görüşdə İslam mahiyyətini düşmənlərin
müdaxilələrini önləyən amil adlandırıb və deyiblər: Quran maarifi İslam Ümməti
üçün nicatverici və güclü, izzətli bir həyatın qurucusudur. Buna görə də İslam
ictimaiyyətlərində geniş yayılmış bir diskusiyaya çevrilməlidir.
Həzrət Ayətullahülüzma
Xamenei İslam Ümmətinin bu günkü problemlərini "Qərbin mədəni, siyasi və
iqtisadi hegemoniyası"nın nəticəsi adlandırıb və deyiblər: Bu gün bir çox
İslam ölkəsi "İslam mahiyyəti"nə malik deyil və düşmənlər onların mədəniyyətinə,
etiqadlarına, iqtisadiyyatına, inanclarına, siyasətlərinə və ictimai münasibətlərinə
müdaxilə qüdrətinə malikdirlər və müsəlmanlar
arasında nifrət və düşmənçilik törədirlər.
İslam İnqilabının
Böyük Rəhbəri Qurandan uzaqlaşmağın düşmənlərin sui-istifadələrinə yol açdığını
və imansızlığın, asılılığın qəbul etdirilməsinə səbəb olduğunu vurğulayıb və
deyiblər: Bu gün İslam ölkələri və dövlətlərinin Amerika, İsrail və qarətçilər
qarşısındakı vəziyyəti onların Qurandan uzaq düşməsindən qaynaqlanır.Əgər
Qurana, İslam mahiyyətinə yaxınlaşmış olsaq, bütün bu problemlər öz həllini
tapmış olacaq.
İslam İnqilabının
Böyük Rəhbəri həmçinin, Quranın təbliğ edilməsini ən yaxşı işlərdən adlandırıb
və İranda Quran hərəkətinin davam etdirilməsinə təkid edərək, deyiblər: Təəssüflər olsun ki, müsəlman xalqlar və
İslam ölkələri Qurandan uzaq düşüblər və onun təlimlərindən xəbərsizdirlər.
Həzrət Ayətullahülüzma
Xamenei "Tağuta küfr və Allaha imanı" Quranın mühüm və mahiyyət bəxş
edən anlamlarından adlandırıb və deyiblər: "İman mahiyyəti"nə təkid
bir növ müstəqillik nişanəsidir və sərhədləri təyin edəndir. İman mahiyyəti ilə
müsəlmanlar "Tağut və küfr mahiyyəti" qarşısında özlərini qoruya və
inkişaf edə bilərlər.