header

 Namazın vacib olmasının sirri

Namazın vacib olmasının sirri

Hişam ibni Həkəm nəql edir: “İmam Sadiqə (ə) namazın vacib olması ilə bağlı belə sual verdim: “Bu ibadət insanların ehtiyaclarını yerinə yetirməkdən məşğul edir və bədənlərini əziyyətə salır, necə ola bilər ki, Allah Təala onu vacib etsin?”. (Həvzəh)

Həzrət (ə) buyurdu: “Onun sirləri və səbəbləri vardır. Əgər insanlar öz hallarına buraxılsaydı və Peyğəmbər (s) tərəfindən heç bir tənbeh və təzəkkür olunmasaydılar, Allahın Kitabı əllərində qalar və halları əvvəlki insanların halları kimi olardı. Baxmayaraq ki, onlar din əldə etdilər, insanları öz dinlərinə dəvət etdilər və onlarla mübarizə etdilər, ancaq bu dünyadan gedəndən sonra adları da yadlardan silindi. Əmrləri köhnə oldu. Sanki onlar bu dünyada heç olmayıblar.

Allah Təala iradə etmişdir ki, Muhəmmədin (s) dini, əmrləri unudulmasın. Ona görə də ümmətinə namazı vacib etdi. Bu namazda insanlar hər gün beş dəfə yüksək səslə Peyğəmbərin (s) adını çəkir və namaz əməlini yerinə yetirərək, Allaha ibadət edərlər və Onu yada salarlar. Bu yolla o Həzrətdən (s) qafil olmaz və onu unutmazlar. Nəticədə də zikri köhnəlməz””.

Namazın vacib olmasının sirri
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap