Azərbaycan respublikasının islamçı dustaqları ilə həmrəylik günü Ərdəbildə qeyd olunmuşdur+foto
Posted on : Video 10/16/2017 1:00:26 PM
Azərbaycan respublikasının islamçı dustaqları ilə həmrəylik günü Ərdəbildə qeyd olunmuşdur
Tashaio.com-Ərdəbil Məhdi-Təşəyyö müəssisəsinin raportuna əsasən
Azərbaycan respublikasının islamçı dustaqları ilə həmrəylik günü xüsusilə gənclərin
iştirakı ilə imamzada seyi Sədrəddinin büqəsində qeyd edilmişdir. Bazar ertəsi
günü keçirilən mərasimdə ruhanilərdən biri öz çıxışında dustaqların xatirəsini əziz
saxlayaraq onları Azərbaycan respublikasının təcəssümü adlandırmışdır. O, əmr-bəməruf
və kəhy-əz münkər, islam şəriətini müdafiə etməyi müsəlmanların vəzifəsi hesab
edərək Azərbaycan respublikasının dövlətinə sual vermişdir ki, niyə belə
insanlar saxta ittihamlarla dustaq həyatı yaşamalıdır? O davam etdirmişdir: Azərbaycan
respublikasının əhalisi və gəncləri imam Hüseynin hayat meyarı əsasında yaşamaq
istəyirlər. Imam Hüseyn demişdir: ölümü səadət, zalımlarla yaşamağı isə
alçaqlıq hesab edirəm. O bildirmişdir: Azərbaycan respublikasının əhalisi göstərmişdir
ki, zəlillik və alçaqlıqdan uzaqdırlar və gənclərimiz dövrün müzdurlarına qarşı
qiyam etmişlər və Allahın köməyi ilə qalib gələcəklər. O, sözlərinin sonunda
islam inqilaqı rəhbəri, təqlid mərcələri, din alimləri, İranın məclis nümayəndələri
və əhalisinə Azərbaycan respublikasının dustaqlarını himayə etdiklərinə görə
minnətdarlıq etmişdir. Imam Musa Kazimin şəhadət gününə təsadüf edən mərasimdə
məddahlar növhə demiş və iştirakçılar Qarabağı və hicab dustaqlarını dua etmişlər.
.