header

 Britaniyada çirkli pulu yumaq və korrupsiyaya qarşı mübarizə

Londonda adsız və ünvansız əmlak sahibləri arasında Azərbaycan respublikasının rəsmiləri də vardır!

Tashaio.com - Azərbaycan respublikası informasiya vasitələrində yayılan xəbərlərə əsasən dəniz şirkətləri vasitəsilə Londonda daşınmaz əmlak və mənzil alan xarici ölkə rəsmiləri və dövlət işçilərinin adı və xassələri özəl bir siyahıda qeyd olunacaqdır. Əldə olan məlumata görə xarici rəsmilər aldıqları əmval və əmlakı Britaniya adalarında və Vircində mövcud olan dəniz şirkətlərinin vasitəsilə dövlət qediyyatından keçirirlər. Buna görə də bir çox hallarda bu kimi əmlak sahibləri tanınmır. Lakin onlar luks mənzillərə aid yeni qanunun həyata keçirilməsilə öz həqiqi kimliklərini bildirməli olacaqlar. Britaniya milli agentliyinin praqnozlarına əsasən korrupsiyaya qarşı mübarizəyə dair yeni qanun əmlak bazarında şəffaflığın artmasına səbəb olacaq, xüsusilə də Londonun mərkəzi rayonlarında əmlak sahibi olan xarici vətəndaşların kimliyi məlum olacaq və bununla da çirkli pulu yumağa qarşı mübarizə mümkün olacaqdır. Britaniya peşə nazirinin müavini Marqo Ceyms bununla əlaqədar demişdir: sadiq və vicdanlı tacirlər bu qanundan nigəran olmasınlar. Britaniya mediyasının statistik məlumatına əsasən xarici ölkə rəsmilərinin çoxu Vestmenster, Konsinqton və Çelsidə əmlak almışlar. Son vaxtlar Londonun ətrafında 14 məzrəə satılmışdır ki, onların 80 faizini xarici vətəndaşlar almışlar. The Times qəzeti xəbər verir ki, Londonda yerləşən The London City İsland mənzil kompleksindəki mənzillərin sahiblərinin çoxu xaricilərdir. Misal üçün bir yaşayış kompleksində müştərilərə təklif edilən 289 mənzildən cəmi ikisinin sahibi britaniyalıdır. Bu kompleksdəki bütün mənzillər Çin, Azərbaycan respublikası, Yapaniya, Zimbabve və digər 14 ölkə vətəndaşları tərəfindən alınmışdır.

Londonda adsız və ünvansız əmlak sahibləri arasında Azərbaycan respublikasının rəsmiləri də vardır!
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:25 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap