Fransa vətəndaşlarının imam Xumeyniyə kəskin məhəbbəti
Posted on : Təqlid mərcələrinin 10/16/2017 1:00:25 PM
Dinamik və mükəmməl islam dini öz tabeləri üçün konkret istiqamət və çərçivə müəyyənləşdirmişdir. Onlara əməl edib həqiqi mömin xarakterinə malik olsalar, nə inki seviləcəklər, həm də belə adamlar din üçün danışmayan təbliğ olacaqlar
Tashaio.com-Höccətülislam Firdövsi demişdir: imamın Parisə köçməyi böyük
dəyişikliyə səbəb oldu və qərblilərin islam konsepsiyasını, müsəlmanları məsxərə
etmələrini tam dəyişdirdi. Imam Xumeyninin əxlaqiyyatı, davranışı və həyatı elə
təsir buraxmışdı ki, radio-televiziyadan rəhbəri Nofel Leşatoda yaşayan və bir
elaniyyə ilə 36 milyon iranlını hərəkətə gətirən bu islam nədir? Bunu bizə təqdim
edin- deyə soruşmuşdular . Təəssüfki, həqiqi islamı təqdim edəcək filimimiz olmadı.
Fransa televiziyası hər gecə Məhəmməd(s) filmindən on beş dəqiqəlik bir epizodu
səssiz olaraq yayımlamaq məcburiyyətində qaldı. Eləcə də hər gecə imama aid xəbərləri
deyərkən o büzürgvarın şəklini də göstərirdi. Küçələrdə əhali bizə
mehribancasına baxırdılar, bizimlə ədəblə yanaşırdılar. Imam namaz qılmaq üçün
mənzildən çıxanda qonşular tamaşaya çıxır, ilahi rəhbərin nurani simasını seyr
edirdilər, öz hərarətli alqışlarını büruzə verirdilər. Tədricən oradakı günlər
sona çatır və daha böyük bir hicrət başlanırdı. Günbatan çağı idi ki, iqamətgahın
qapısında duran və imamla görüşmək istəyən bir Fransız qızını gördüm. Görüşmək
imkanı yox idi. Ondan üzr istədim. Əlində kiçik bir şişədə bir az torpaq var
idi. Şişənin qapağı möhürlənmişdi. Bizdə belə bir ənənə var ki, sevdiyimiz bir
adamdan ayrılarkən ona ən yaxşı hədiyyə veririk- deyə artırdı: Bu, bizim üçün əziz
olan vətənimizin torpağıdır. Görüşmək mümkün deyilsə bu torpağı ona verin və
imzaladığı bir şəklini mənim üçün alın. İmamın hüzuruna gedərək macəranı dedim.
Imam şirin bir təbəssümlə şişəni aldı, iki şəklini imzaladı və mən onlara
verdim. Fransız qızı şəkli öpdü və təşəkkür edərək getdi. Elm adamları əməl
meydanında kitabından.