header

 Heydər Əliyevin hərbi müşavirinin dilindən Qarabağ müharibəsi haqqında deyilməmiş sözlər qalan rayonları da işğal edəcəkdilər

Qərb və ya İsrailin Qarabağı Azərbaycana qaytaracaqlarına dair Azərbaycan dövlət adamlarının fikri hesablama səhvindən irəli gəlir

Tashaio.com-Mansur Həqiqətpur İranın və mərhum Heydər Əliyevin Bakıdakı keçmiş hərbi müşaviridir. O, İranın bacarıqlı hərbçilərindən biri, Ərdəbil əyalətinin valisi və Ərdəbil əhalisinin deputatı olmuşdur. O hal hazırda İran milli məclisinin təhlükəsizlik müşaviri kimi fəaliyyət göstərir. Biz onun müxbirlərə verdiyi müsahibəsinin müəyyən hissələrini veririk:

 SSRİ parçalandıqdan və cənubi Qafqaz müharibəsindən sonralara aid İran-Azərbaycan əlaqələri haqqında danışın. İran Azərbaycan respublikasını dəstəklədi. Mən Əliyevin hərbi müşaviri idim. Heydər Əliyevə hərbi hesabat verəndə mənə deyirdi: siz Aşura ordusunu gətirin və Qarabağı ələ keçirin. Ermənilərin əlində olmaqdansa İranın əlində olması yaxşıdır. Mənə, niyə Bakıda şiələri axtarırsınız? Deyə müraciət edirdi. Mənə deyirdi: Mən həm Heydərəm, həm də Əliyəm, iki dəfə şiəyəm!!

Yəni Heydər Əliyev rəsmən İran gəlsin Qarabağı alsınmı deyirdi? Elədir, sözdə deyirdi. Mən isə hərbçiyəm deyirdim. Bunu yaz, ver Tehranda dövlət başçılarına aparım. Əliyev isə bunu yazmır və yazılı sənəd vermək istəmirdi. Elədir. Biz onları xəlas etdik. Yoxsa Ermənistan Bakını da alacaqdı.

Guya Azərbaycan respublikası Qarabağ müharibəsi dövründə İrandan aldığı silahlarla əlaqədar borcludur? Bəli, indinin özündə də 30 milyon dpllar borcludur. İran isə çox alicənabdır və bunun üstünü vurmamışdır. Bizim yerimizə Türkiyə olsaydı ya borcunu alacaqdı, ya da ondan on qat artıq bir imkan alacaqdı.

Azərbaycan respublikası əhalisinin tarix yaddaşı nə həddədir? Regionda əhalinin hərbi iştirakı yadında deyilmi? Həqiqətpur: niyə. Mən “Azərbaycan generalı” adlı iki dəqiqəlik film yayımladım. Film İranın Qarabağ müharibəsində hərbi müşavirləri haqqında idi. Dedim ki, bu film 2000 dəqiqəlikdir. Mən yalnız iki dəqiqəsini yayımlayıram. Bakıda əyləşib İranın ali dövlətinə qarşı mənfi təbliğat aparanların nə özləri, nə də ailə üzvləri müharibədə iştirak etməmişlər. Mənim maşınım isə Qarabağ müharibəsində minaya düşərək tikə-tikə oldu. Biz bakıda 6500 nəfərə təlim verdik. O günlər əsgərləri Bakı küçələrində sıralayırdıq və camaat bunu görürdü.

Bəs İran müşavirlərinin rolu, onların verdiyi təlimlər iki qonşu ölkənin müharibəsində tərəfsizliyi pozmaq deyildimi? Həqiqətpur: biz tərəfsiz deyildik. Biz, Azərbaycanın itirdiyi torpaqları geri almasını və onların arasında sülh yaratmağı istəyirdik.

Belə çıxır ki, İlham Əliyev hakimiyyətə gəldikdən sonra Heydər Əliyevin siyasət oyunları da buraxıldı. İlham Əliyevin İsraillə yaratdığı əlaqə adi həddi aşmış və İran əlihinə düşmənçilik mövqeyindədir. Sizcə hal hazırda Azərbaycanla münasibətimiz nə cür olmalıdır? Həqiqətpur: İlham Əliyev cənabları dostu düşməndən düzgün seçmək bacarığına malik deyildir. İranın kömək edə biləcəyinə inanmır. Biz, 2000 kilometrlik məsafədən Suriyaya yardım edirik, İraqa kömək edirik. Bunlar hələ İlham Əliyevdə inam yaratmamışdır. Yoxsa başa düşməyə bilməzdi ki, regionun kömək edəcək ən yaxşı ölkəsi İrandır və İrana arxalana bilər.

Hələ də Azərbaycan respublikasının bir çox həyati problemləri, misal üçün Naxçıvan –Bakı əlaqələri İran ərazisi vasitəsilə həyata keçirilir. Doğrudan da Azərbaycan dövləti İranın o ölkənin siyasi həyatındakı rolunu bilmirmi? Həqiqətpur: Yox. Məncə onlar bunu bilmirlər. Buna görə də bizimlə iqtisadi, siyasi və mədəni sahələrdə ciddi əməkdaşlıq etməyəcəklər. Onlar İsrailə və Minsk qrupuna arxayındırlar. Və qərblilərin Qarabağı alacaqlarına inanırlar. Bu isə bir hesablama səhvidir. Qərb Azərbaycan üçün belə işi görməyəcəkdir.

İranın Azərbaycana etdiyi çoxlu yardımlara rəğmən niyə onların tərəfindən İrana qarşı bu qədər əks təbliğat gedir? Bu, Azərbaycan rəsmilərinin və dövlətinin tərəfindən qədrbilməməzlikdir. İran mənim vasitəmlə mina ilə dolu təyyarələri və o silahları Rövşən Cavadova verməsəydi ermənilər qalan rayonları da işğal edəcəkdilər. İran (aypara cəmiyyəti) mənim vasitəmlə 100 min nəfər Qarabağ didərginlərini İmişlidə yerləşdirməsəydi, yemək-içməklərini və təhlükəsizliklərini təmin etməsəydi, onlar gedib prezident sarayını Heydər Əliyevin başına uçracaqdılar. Onlar isə İran əleyhinə dünya azərbaycanlılar koqresini keçirirlər! Bu işi torpağının dörddə birini itirən dövlət edir!

Son sual olaraq İmişli düşərgəsi və didərginlərə yardım haqında bir az ətraflı danışın: Qarabağda yaranmış vəziyyətlə əlaqədar didərginlərin çoxunun İrana axacağını praqnozlaşdırdığımıza görə İran çox münasib bir tədbir tökdü. Həmin tədbirə əsasən Aypara cəmiyyəti sərhəddin yaxınlığındakı İmişli rayonunda bir yer hazırladı və didərginləri orada yerləşdirildi. Onlar buranın yaşayış və təlim imkanlarından istifadə etdilər. Su, işıq, yemək və çadır İran tərəfindən təmin olundu. Bu yardım vaxtı ilə Bakının didərginləri qəbul etmək imkanına malik olmadığından çox həyati xarakter daşıyırdı. Bizə, yerindəcə didərginlərə yardım etmək və onların səpələnməsinə mane olmaq əhəmiyyətli idi.

Qərb və ya İsrailin Qarabağı Azərbaycana qaytaracaqlarına dair Azərbaycan dövlət adamlarının fikri hesablama səhvindən irəli gəlir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:25 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap