header

 İmam Hadinin (ə) zalım xəlifə Mütəvəkkili mat qoyan şeri

İmam Hadinin bu şeri bitəndə saraya sükut çökdü. Mütəvəkkil fikirdə, saray əyanları isə ağzı açıq mat-məəttəl qalmışdılar. Birdən xəlifə ağlamağa başladı və dərhal şərab badələrinin aradan götürülməsini istədi

Atası İmam Cavad şəhid edildikdən sonra İmam Hadi Mədinədə idi. Şiələrə qarşı olmazın zülmünü etmiş Mütəvəkkil Abbasi İmam Hadini hicri ilinin 233-də Bağdada daha sonra isə Samirraya gətizdirir. İmam burada 21 il demək olar ev dustaqlığı şəraitində yaşamalı olur.

 

İmam Hadinin tərəfdarlarının və şiələrinin gündən-günə artması, xəlifə məmurlarını və tərəfdarlarını da narahat edirdi. Onlar İmamın adına olmazın ittihamlar nisbət verərək, xəlifəyə söz daşıyırdılar. Buna gör İmamın evi tez-tez təftiş olunurdu.

 

Bir gün edilən şikayətdən sonra İmam Əlinin açıq-aşkar şəkildə söyən və bundan həzz alan Mükəvəkkil İmam Hadini hüzuruna çağırtdırır. İmam Hadi saraya daxil olanda Mutəvəkkilin əlində şərab badəsini görür. Mütəvəkkil şərab badəsini İmama sarı uzadır və ondan içməyini istəyir.

 

İmam cavab verir: Mənim və nəslimin qanında bunun bir damlasını belə tapa bilməzsən.

 

İsrar edən Mütəvəkkil İmamdan heç olmasa şer deməsini tələb edir.

 

İmam şerlə çox ünsiyyəti olmadığını dilə gətiri, lakin məst olan xəlifə əl çəkmir.

 

Vəziyyəti görən İmam bu şeri oxuyur:

 

“Onlar dağların qüllələri üzərindədir və güclü kişilər onları qoruyur, amma sonda qüllələr onlara yarımadı

 

Bir müddət şan-şöhrətdən sonra yerlərindən aşağıdakı quyulara endirildilər, bu nə pis endirilmədir!

 

Qəbirə qoyulduqdan sonra biri səslədi? Hanı ailə, hanı taclar, hanı bəzək-düzəklər?!

 

Hanı naz-nemətləri görüb buna adət edən üzlər?! Hanı onların gözü qarşısında asılan (gözəl) pərdələr?

 

Bu zaman qəbir dillənər: Bundan sonra o üzlərin üzərində qurdlar bir-birinə sarılar.

 

Bunlar o ki var dünyanı yeyib, içiblər. İndi bu qədər yeyintidən sonra özləri yeyiləcəklər.

 

Özlərini qoruyacaq müxtəlif evlər tikiblər,  indi o evlərdən, ailədən ayrılıb yerini dəyişiblər.

 

O qədər əmlak yığıb, saxlayıblar ki, indi onu düşmənlərinə qoyub, köçüblər.

 

Elə həmin o mənzillər də boşaldı, sakinləri də qəbir evinə köçdülər.”

 

İmam Hadinin bu şeri bitəndə saraya sükut çökdü. Mütəvəkkil fikirdə, saray əyanları isə ağzı açıq mat-məəttəl qalmışdılar. Birdən xəlifə ağlamağa başladı və dərhal şərab badələrinin aradan götürülməsini istədi.

 

Murucuz-Zəhəb əsərində gələn (cild-4, səh-111) şeri olduğu kimi təqdim edirik:

 

باتوا علی قُلَلِ الأجبال تحرسهم   غُلْبُ الرجال فما أغنتهمُ القُللُ
واستنزلوا بعد عزّ عن معاقلهم   فأودعوا حُفَراً، یا بئس ما نزلوا
ناداهُم صارخ من بعد ما قبروا   أین الأسرة والتیجان والحلل؟
أین الوجوه التی کانت منعمة   من دونها تضرب الأستار والکللُ
فأفصح القبر عنهم حین ساء لهم   تلک الوجوه علیها الدود یقتتل
قد طالما أکلوا دهراً وما شربوا   فأصبحوا بعد طول الأکل قد أُکلوا
وطالما عمروا دوراً لتحصنهم   ففارقوا الدور والأهلین وانتقلوا
وطالما کنزوا الأموال وادخروا   فخلفوها علی الأعداء وارتحلوا
أضحت مَنازِلُهم قفْراً مُعَطلة   وساکنوها إلی الأجداث قد رحلوا

İmam Hadinin bu şeri bitəndə saraya sükut çökdü. Mütəvəkkil fikirdə, saray əyanları isə ağzı açıq mat-məəttəl qalmışdılar. Birdən xəlifə ağlamağa başladı və dərhal şərab badələrinin aradan götürülməsini istədi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:25 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap