header

 Ali dini rəhbər: "Lazım olanda canını fəda edəcək insanlar yetişdirən məktəb uğurlu bir məktəbdir"

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei martın 27-si axşam Novruz görüşləri çərçivəsində, Fatimiyyun Briqadalarının şəhid ailələrini qəbul edib

Fatimiyyun Briqadalarının şəhid ailələri Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ilə Məşhəddə İmam Rzanın (ə) mütəhhər hərəmində görüşüblər.

Axşam namazından bir saat əvvəl başlayan bu görüş ali dini rəhbərin imamlığı ilə qılınan camaat namazı ilə başa çatıb.

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei bu səmimi görüşdə hər bir şəhid ailəsi ilə ayrı-ayrılıqda görüşüb və onların hal-əhvalı ilə maraqlanıb, onların dərdlərini dinləyib.

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei daha sonra Fatimiyyun Briqadalarının şəhid ailələri qarşısında etdiyi çıxışında bunları deyib: "Lazım olanda canını fəda edəcək insanlar yetişdirən bir məktəb uğurlu bir məktəbdir. Bu gənclər göstərdikləri sadiqlik və fədakarlıq ilə məktəblərinin insan yetişdirən bir məktəb olduğunu nümayiş etdirdilər.

Siz, səbirli şəhid ailələri, İslamın dəyərləri və xəzinəsisiniz. Allah sizi başımızdan əskik etməsin və sizin şəhidlərin dəyərini bizlərə tanıtsın və bizləri sizlərə minnətdar saysın".

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei martın 27-si axşam Novruz görüşləri çərçivəsində, Fatimiyyun Briqadalarının şəhid ailələrini qəbul edib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:25 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap