header

 qeyri-müsəlmanların öldürülməsi haqda fətvaları

Düşüncələri öldürmək, qətlə yetirmək və cinayət törətməkdən ibarət olan vəhhabilik ideologiyası, cihadçı terror qruplaşmaları adı ilə yalnız özlərinin getdikləri yolu haqq kimi göstərib, zahirdə İslam pərdəsinin arxasında gizlənərək, vəhşi xarakterlərini islami mərhəmət və sünnət kimi göstərərək bütün dünyada İslamofobiyanı yaymağa çalışırlar

Aşağıda bəzi vəhhabi müftilərinin müsəlmanların və qeyri-müsəlmanların öldürülməsinə dair verdikləri fətvaları təqdim edilmişdir:

İbn Teymiyyə: Bütün qeyri-müsəlmanlar öldürülməlidir!

Vahabiliyin ideoloqu olan İbn Teymiyyə müsəlmanların qətlə yetirilməsi haqda belə yazır: Haram aylar başa çatanda müşrikləri (qeyri-müsəlmanlar da bunlara şamildir) tapdığınız hər yerdə qətlə yetirin… tövbə edərlərsə, namaz qılarlarsa və zəkat verərlərsə onları buraxın.
Bu cür xitab, müşriklərin hamısını əhatə edir, sadəcə tövbə etmələri, namaz qılmaları və zəkat vermələri halında onları qətlə yetirməkdən imtina edə bilərsiniz və onların əsasən müşrik və ya mürtəd olmalarının fərqi yoxdur. (1)

Səud bin Əbdüləziz əl-Səud: Bizim fikirlərimizi qəbul etməyən hər kəs öldürülməlidir!

1953-1964-cü illərdə Səudiyyə Ərəbistanının kralı olan Səud bin Əbdüləziz əl-Səud səudiyyəlilərin ən çox cinayət törədən padşahlarından biri kimi tarixə düşmüşdür. Səud Bin Əbdüləziz əl-Səud, vəhhabilər kimi düşünməyən hücum etmək haqqında belə deyir:

Məhəmməd bin Abdülvahhabın oğlundan vəhhabilərin imaməti (Başçılığı) altında olmayan və vəhhabi dövlətinin inanclarına sahib olmayanlar haqqında, görəsən, onların torpaqları küfr torpaqlarıdırmı və Hərbi Kafir hökmündədirlərmi? soruşanda, belə cavab verir:

Əgər bizim tövhid dəvətimiz ona çatdırıldığı halda, Allaha şərik qoşmağa və İslamın vaciblərini tərk etməyə davam edirsə, biz bu şəxsi kafir olaraq bilirik və onunla döyüşəcəyik və hətta evinə də hücum edəcəyik… (2)

Buna əsasən, vəhhabilik hökmlərinə görə, onların fikirlərini qəbul etməyən hər kəs öldürülməli və onunla mübarizə aparılmalıdır! Hətta elmi araşdırma aparmasına da icazə verilməyəcək.
Artıq bu gün vəhhabilik ideyasının öndəgələnləri olan İbn Teymiyyə və Məhəmməd Bin Əbdülvəhhab bunlarla yetinmir. Əgər Avropada bir ölkə İslam qanunları tətbiq etməsə onların qadın və qızları kəniz hökmündədir! Ərəbistan rəsmi fətva mərkəzi də bu fikri rəsmən elan edir.

Ərəbistanın fətva mərkəzi: Küfr diyarı, bəzən fiqhi olaraq hərb diyarı kimi də adlandırıla bilər, biz onların qızları ilə evlənməyi eybli görürük! Ümumiyyətlə, Avropa ölkələrinin çoxu, xüsusilə də Qərbi Avropada insan hüquqlarına geniş yer verilmişdir, elə isə əgər bu ölkələrin qanunlarında müsəlman bir kəsə öz dinini və uşaqlarını qorumaları üçün icazə verilmiş və imkan yaradılıbsa, oraları hərbi torpaqları kimi qəbul edə bilmərik, əks təqdirdə onlar hərbi torpaqlarıdır, qadın və qızları hərb qızları sayılmalı və müşrik qadınlarla evlənmənin haram olduğuna dair fətva onlara da tətbiq edilməlidir! (Yəni cariyə olmalıdırlar) (3)

Qeyri-müsəlmana yardım etmək kafir olmağa səbəb olur!

Vəhhabilər qeyri-müsəlmanlara kömək etməyin kafir olmağa səbəb olduğuna inanırlar! İslam şəriəti, qanun və qaydalarının tətbiqinin lazım olmadığına inananlara yardım etmək caiz deyil əksinə onlara kömək edən də kafirdir. (4)

Əl Bani (vəhhabi müftisi)

Səudiyyə Ərəbistanının 1332-ci hicri qəməri ilində ölən məşhur müftisi, hökümətin vəhhabilərin əlində olmadığı ölkələrlə müharibə edilməsinin lazımlığına inanır.
Əl Baniyə görə, cihad iki hissəyə bölünür: Cihadın ikinci hissəsi İslamın onlara hakim olması üçün İslama dəvəti digər bölgələrə aparmaq, əgər onların arasında İslamı qəbul edənlər çıxsa problem yoxdur, amma əgər kimlərsə müqavimət göstərsə, onlarla müharibə edilməlidir və bu cihad qiyamətə qədər davam etməlidir! (5)

Doktor Vəsim Fətullah Bütün Avropa, Şimali Amerika və bütün xaçlıları Hərbi Kafir kimi bilir.
Doktor Vəsim, Səudiyyə Ərəbistanda fətvaları və məqalələri dərc olunan məşhur vəhhabi alimlərinin ən öndə gələnlərindəndir. O, (اسعاف المومنین بنصرة خاتم المرسلین) “İshaful Muminin bi nəsratin xatəmul-Mursəlin” adlı kitabında belə yazır: Bütün Avropa, Şimali Amerika və digər xaçlı ölkələr Hərbi Kafirdir.

Qeyri-müsəlmanlar üçün ibadətgah inşa və təmir etmək haramdır

Vəhhabilərin, fətva və fikirlərini yayma mərkəzi olan “İslamweb” saytı, kilsələrin müsəlmanların tərəfindən təmir edilməsinin haram olduğu fətvasının verildiyindən sonra belə yazır: Hətta qeyri-müsəlmanların belə ibadətgahı inşa və təmir etmələri caiz deyil. (7)

Nəticə

Vəhhabilər yalnız öz davranış, əxlaqi xarakter və etiqadlarının haqq üzrə və doğru olduğunu bilir və bütün qeyri-müsəlmanların qətlə yetirilməsinin, onların torpaqlarının müharibə torpaqları olduğuna və “hərbi kafir” hökmünə sahib olduqlarına və hətta qızlarının da “cariyə” hökmündə olduğuna inanırlar.

Vəhhabilər, ənənəvi fikirləri sayəsində zahirdə ibadətgah tikintisi və təmiri məsələsində qeyri-müsəlmanlara icazə verməyə yanaşmaqdadırlar. Onlar İslamın şəfqətli və gözəl simasını göstərmək əvəzinə özlərinin pis fikirlərini bütün dünyaya nümayiş etdirir.

_____________________________

Qeyd: Aşağıdakı mənbələrdən istifadə edilmişdir.
1. Ahmed b. Abdulhəlim b. İbn Teymiyyə əl Harrani əbul Abbas, Ölümü 728, əs-Sarim’ul Məslul c. 3 s. 590, yayımçı: Dar b. Hazm-Beyrut 1417, birinci nəşr, Araşdıran: Muhammed Abdullah Ömər əl Həlvani, Muhammad Kəbir Ahmet Şudri.
2. Abdurrrahman b. Muhammed b. Kasım el Asimi el Gahtani, Ed-Durusus-Siniyye fi’-l Ecvibeti’l-Necdiyye, cüz 9 səh. 252.
3. Mecelletul Buhusu’l-İslamiye, cüz 10, səh. 318.
4. http://www.alifta.net/Search/ResultDetails.aspx?languagename=ar&lang=ar&view=result&fatwaNum=&FatwaNumID=&ID=10744&searchScope=3&SearchScopeLevels1=&SearchScopeLevels2=&highLight=1&SearchType=exact&SearchMoesar=false&bookID=&LeftVal=0&RightVal=0&simple=&SearchCriteria=allwords&PagePath=&siteSection=1&searchkeyword=217133216179216167216185216175216169032217133217134032217138217134216167216175217138032216168216185216175217133#firstKeyWordFound
5. Muhammad Nasiruddin əl Bani, el teligat əl əsəriyətu əla əl əqidəti əl tuhəviyətil əimmetil dəvetil sələfiyəti, cüz 1, səh. 46.
6. Vəsim Fəthullah, İsafulmuminin binusreti hatəmul mursəlin, səh. 52-53
7. http://fatwa.islamweb.net/fatwa/index.php?page=showfatwa&Option=FatwaId&Id=17391

 

Düşüncələri öldürmək, qətlə yetirmək və cinayət törətməkdən ibarət olan vəhhabilik ideologiyası, cihadçı terror qruplaşmaları adı ilə yalnız özlərinin getdikləri yolu haqq kimi göstərib, zahirdə İslam pərdəsinin arxasında gizlənərək, vəhşi xarakterlərini islami mərhəmət və sünnət kimi göstərərək bütün dünyada İslamofobiyanı yaymağa çalışırlar
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:23 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap