header

 İŞİD terrorçuları döyüşməkdən boyun qaçırırlar - ARAŞDIRMA

“Döyüşməkdən imtina edən terrorçular anlayıblar ki, İŞİD - həqiqi islam deyil, saxta islamdır.”

 İŞİD terror təşkilatının xarici üzvləri itaətsizlik göstərməyə və hərbi əməliyyatlarda iştirakdan boyun qaçırmağa başlayıblar. Bu haqda məlumat İraq hərbçilərinin əlinə düşmüş “İŞİD-in problemli döyüşçüləri” haqda sənəddə deyilir.

Mosul şəhərində yerləşən İŞİD bazalarından birinin İraq ordusu tərəfindən azad edilməsindən sonra ələ keçirilən sənədlər qruplaşmanın xarici döyüşçülərinin itaətsizlik etməsini sübut edir.

Sənəddə qeyd edilib ki,  terrorçuların cərgəsinə qoşulmuş belçikalı şəxs belində problemin olmasına dair tibbi rəy təqdim edib və bu səbəbə görə də hərbi əməliyyatlarda iştirak də bilmədiyini bildirib. Terror təşkilatının fransalı üzvü isə özünü Fransa ərazisində partlatmaq üçün İraqı tərk etmək istədiyini deyib. Daha bir neçə terrorçu isə sadəcə olaraq hərbi əməliyyatlarda iştirak etməkdən imtina edərək, özlərinin Suriyaya göndərilməsini tələb ediblər.

O, döyüşmək istəmir, Fransaya geri dönmək istəyir. İddia edir ki, fransada “şəhid” olmaq istəyir. Bildirir ki, xəstədir,lakin bu haqda tibbi arayışı yoxdur.”, - deyə Əlcəzair əsilli 24 yaşlı Fransa vətəndaşı haqda olan qeydlərdə deyilir.

Haaqada yerləşən Terrorçuluqla Mübarizə üzrə Beynəlxalq Mərkəzin məlumatlarına əsasən, 4 mindən çox xarici silahlı Avropa ölkələrini tərk edərək, İraq və Suriyaya gedib. Onların da təxminən 75 faizi geri dönüb. İraq və Suriyaya gedən terorçuların 14 faizinin öldüyü təsdiqlənib. Digərlərinin isə harada olması məlum deyil.

Silahlı qruplaşmalarının araşdırılmasında ixtisaslaşmış analitik Aymənn əl-Tamiminin sözlərinə görə, bir çox xarici silahlı başa düşüb ki, İŞİD-ə üzvlük onların gözlədikləri kimi deyil. Çünki onlar düşünürdülər ki, İŞİD-ə qoşulmaq onlar üçün bir macəradır.

Podpolkovnik Muhənəd əl-Təmimi isə öz növbəsində bildirib ki, bu xarici terrorçular indiyədək vuruşduqları ən qəzəbli terrorçulardır. Onun sözlərinə görə, bu cür insanların döyüşməkdən imtina etməsi onların bu təşkilata qoşulmaqlarına görə peşman olduqlarını sübut edir. “Döyüşməkdən imtina edən terrorçular anlayıblar ki, İŞİD - əsl islam deyil, saxta islamdır.

“Döyüşməkdən imtina edən terrorçular anlayıblar ki, İŞİD - həqiqi islam deyil, saxta islamdır.”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:23 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap