Azərbaycan respublikası dövləti vahabi dövlətləri kimi şiələri qırmağa və həbs etməyə yönəlmişdir. Birinci hissə
Posted on : Video 10/16/2017 1:00:22 PM
görəsən dövlət nüfusun 85 faizini təşkil edən şiələrlə qarşılaşa bilərmi?
Tashaio.com-Azərbaycan respublikasında şiə fəallarını taptalamağı davam
etdirərək Bakı ağır cinayətlərə dair məhkəmə bu ölkənin şiə fəallarından 15 nəfərini,
o cümlədən müsəlmanlar birliyi hərəkatının rəhbəri höccətülislam Taleh Bağırzadəni
uzunmüddətli həbs cəzasına məhkum etmişdir. APA agentliyinin raportuna əsasən
qrupun rəhbəri hacı Taheh Bağırzadə və müavini Abbas Hüseynov 20 il həbs cəzasına
məhkum oldular. Belə ki, onun yeddi ilini qapalı və özəl şəraitdə keçirməlidirlər.
İşinin Nardaran hadisəsilə əlaqəsi olmasa da həmin qrupa qoşulan AXC
partiyasının müavini Fuad Qəhrəmanlı 10 ilə məhkum olmuşdur. 14- 19 il həbsə məhkum
olan hacı Taleh Bağırzadə, müsəlmanlar birliyi hərəkatının bir tedad fəalları və
məzhəbi Nardaran rayonunun əhalisi 2015-ci il 26 nayabrda təhlükəsizlik qüvvələrinin
Nardaranda Hüseyni Ərbəin münasibətilə təşkil edilən əza məclisinə hücumu
zamanı yaxalanmışlar. Azərbaycan respublikasında bu fəal şiə qrupuna qarşı məhkəmədə
sübuta yetişməyən silah daşımaq kimi əsassız ittihamlar irəli sürülmüşdür.
2016-cı il Azərbaycan respublikasında multikulturalizm ili elan olunandan
etibarən müfusun 85 faizini təşkil edən şiələrin azar-əziyyəti artmış və onunla
yanaşı onlarla sionist nüəssisəsi bu ölkədə meydan sulayır və işğal olunmuş Fələstindən
sonra Azərbaycanı özləri üçün ikinci əmin-amanlıq yeri hesab edirlər. Azadlıq qəzetinin
internet portalının raportuna əsasən höccətülislam Bağırzadənin hokum
oxunmazdan əvvəl bu dindarın tərəfdarlarından olan iki gənc ötən gecə itmişdi ki,
onlardan Rövşən Məmmədəliyev adlı biri 30 gün həbsə məhkum olubmuşdu. Azərbaycan
respublikası müsəlmanlar birliyi hərəkatı rəhbərlərinə və fəallarına qarşı
aylarla dırnaq arası mühakimədən sonra verilən ağır hökmlər on gün bundan qabaq
oxunmalı idi. Lakin bəlli olmayan səbəblər üzündən yubandı. Azərbaycan
respublikası fəal şiələrinə qarşı ağır hökmlərin verilməsi qərbi Azərbaycan əyalətinin
icra başçısı Qurbanəli Səadətin başçılıq etdiyi heyətlə birlikdə Bakıda Azərbaycan
respublikasının prezidenti İlham Əliyevlə görüşünə, eləcə də xarici işlər
nazirinin müavini Rəhimpurun Xəzər iclasında iştirak etmək üçün Bakıya etdiyi səfərə
təsadüf etməsi belə bir fikri gücləndirir ki, Bakı, şiələri İrana bədbin eləmək
və Tehranın onları müdafiə etməməsi fikrini aşılamaq üçün bu metoddan istifadə
etmişlər. Həmçinin Azərbaycan respublikası dövləti imam Xumeyni məscidinin
keçmiş pişnamazının ölkədən çıxmasına qadağa qoymuşdur. “islam-azəri” internet
portalının raportuna əsasən Azərbaycan respublikası Astara gömrük idarəsinin məmurları
Bəlbələ kəndində yerləşən imam Xumeyni məscidinin keçmiş pişnamazı hacı Mənsim
Novruzovu Məşədə getmək və Qumda tələbə oğlunu görmək üçün səfərə çıxmaq istədikdə
onun Azərbaycan respublikasıından çıxmağa haqqı olmadığını bildirdilər. Gömrük
məmurları güc strukturlarından birinin imam Xumeyni məscidinin keçmiş
pişnamazının ölkədən çıxmamasına dair əmr verdiyini bidirərək əlaqədar təfərrüatı
açıqlamaqdan çəkinmişlər. Azərbaycan respublikasının gömrük məmurları ötən ilin
yayında Qum elmiyyə hövzəsində təhsil alan hacı Mənsim Novruzovun oğlu Nurulla
Novruzzadəyə Azərbaycan respublikasına giriş icazəsi verməmiş və bildirmişdilər
ki, onun bu ölkəyə girişinə qadağa qoyulmuşdur. Nurulla Novruzzadənin həyat
yoldaşı əlaqədar dairələrdən bunun səbəbini soruşduqda onlar da bu tələbənin
girişinə qadağa qoyulduğunu təsdiq etmişdilər. Hacı Mənsim Noruzzadə “milli-mənəvi
dəyərlərin din cəmiyyəti”nın banisi və 12 il həbsə məhkum olan və hal hazırda həbsdə
olan hacı Abgül Süleymanovun qayınatasıdır. Eyni halda Azərbaycan respublikası
dini işlər üzrə dövlət komitəsinin müavini demişdir ki, din tələbələrinin
xaricdə təhsil almağa göndərilməsinin Qafqaz müsəlmanları idarəsinin sərəncamında
olduğu qanunun qəbul olunması ilə ötən
altı-yeddi il ərzində din təhsili almaq üçün xarici ezamiyyətlər
dayandırılmışdır. Gündüz İsmayılov Modern saytına demişdir: əlaqədar icra təşkilatı
olan Qafqaz müsəlmanları idarəsinin din təhsili üçün xarici ezamiyyətə icazəsi
lazım olduğu qərarın qəbulu ilə ötən altı-yeddi il ərzində tələbələrin din meəssisələrində
təhsil alma ezamiyyəti rəsmən dayandırılmışdır. Gündüz İsmayılov artırmışdır: tələbələrin
din təhsili almaq üçün xaricə ezamiyyəti Qafqaz müsəlmanları idarəsinin sərəncamına
verilsə də həmin qanuna əsasən din işləri üzrə dövlət komitəsindən və təhsil
nazirliyindən də icazə alınmalıdır. Əlbəttə son illərdə din təhsili üçün xaricə
göndərilən olmamışdır. Lakin şəxsi şəkildə bəzi adamların din təhsili almaq
üçün xaricə getmə ehtimalı vardır. Gündüz İsmayılov xaricdə din təhsili almışlara
qarşı mənfi görüşün formalaşması haqqında demişdir: Elə deyildir ki, xaricdə dini təhsil alan
bütün adamlara zərərli şəxslər kimi baxılır, yaxud da onları digər ölkələrin mənafeyinin
müdafiəçisi kimi qiymətləndiririk. Yox, xaricdə təhsil alanların arasında da öz
vətənlərini və dövlətini sevənlər vardır! Biz isə dəfələrlə demişik ki, xaricdə
din təhsili almaqdansa öz ölkəmizin təlim səviyyəsini inkişaf etdirməliyik!!
Din işləri üzrə dövlət komitəsi və Qafqaz müsəlmanları idarəsi bu sahədə əməkdaşlıq
edirlər!! qeyd edək ki, Azərbaycan respublikası dövlətinin şiələrə qarşı təşəbbüsləri
Bəhreyndə, Ərəbistanda, Niceriyada və s. ölkələrdə şiələrin taptalanması
kimidir. Bu taptalamaların ortaq cəhəti başda Amerika və İsrail olmaqla qərb
dövlətlərinin əli olmasıdır. Bu məqalənin ikinci hissəsində həmin mövzunu
araşdıracağıq.