header

 Azərbaycan respublikası dövləti vahabi dövlətləri kimi şiələri qırmağa və həbs etməyə yönəlmişdir. Birinci hissə

görəsən dövlət nüfusun 85 faizini təşkil edən şiələrlə qarşılaşa bilərmi?

Tashaio.com-Azərbaycan respublikasında şiə fəallarını taptalamağı davam etdirərək Bakı ağır cinayətlərə dair məhkəmə bu ölkənin şiə fəallarından 15 nəfərini, o cümlədən müsəlmanlar birliyi hərəkatının rəhbəri höccətülislam Taleh Bağırzadəni uzunmüddətli həbs cəzasına məhkum etmişdir. APA agentliyinin raportuna əsasən qrupun rəhbəri hacı Taheh Bağırzadə və müavini Abbas Hüseynov 20 il həbs cəzasına məhkum oldular. Belə ki, onun yeddi ilini qapalı və özəl şəraitdə keçirməlidirlər. İşinin Nardaran hadisəsilə əlaqəsi olmasa da həmin qrupa qoşulan AXC partiyasının müavini Fuad Qəhrəmanlı 10 ilə məhkum olmuşdur. 14- 19 il həbsə məhkum olan hacı Taleh Bağırzadə, müsəlmanlar birliyi hərəkatının bir tedad fəalları və məzhəbi Nardaran rayonunun əhalisi 2015-ci il 26 nayabrda təhlükəsizlik qüvvələrinin Nardaranda Hüseyni Ərbəin münasibətilə təşkil edilən əza məclisinə hücumu zamanı yaxalanmışlar. Azərbaycan respublikasında bu fəal şiə qrupuna qarşı məhkəmədə sübuta yetişməyən silah daşımaq kimi əsassız ittihamlar irəli sürülmüşdür. 2016-cı il Azərbaycan respublikasında multikulturalizm ili elan olunandan etibarən müfusun 85 faizini təşkil edən şiələrin azar-əziyyəti artmış və onunla yanaşı onlarla sionist nüəssisəsi bu ölkədə meydan sulayır və işğal olunmuş Fələstindən sonra Azərbaycanı özləri üçün ikinci əmin-amanlıq yeri hesab edirlər. Azadlıq qəzetinin internet portalının raportuna əsasən höccətülislam Bağırzadənin hokum oxunmazdan əvvəl bu dindarın tərəfdarlarından olan iki gənc ötən gecə itmişdi ki, onlardan Rövşən Məmmədəliyev adlı biri 30 gün həbsə məhkum olubmuşdu. Azərbaycan respublikası müsəlmanlar birliyi hərəkatı rəhbərlərinə və fəallarına qarşı aylarla dırnaq arası mühakimədən sonra verilən ağır hökmlər on gün bundan qabaq oxunmalı idi. Lakin bəlli olmayan səbəblər üzündən yubandı. Azərbaycan respublikası fəal şiələrinə qarşı ağır hökmlərin verilməsi qərbi Azərbaycan əyalətinin icra başçısı Qurbanəli Səadətin başçılıq etdiyi heyətlə birlikdə Bakıda Azərbaycan respublikasının prezidenti İlham Əliyevlə görüşünə, eləcə də xarici işlər nazirinin müavini Rəhimpurun Xəzər iclasında iştirak etmək üçün Bakıya etdiyi səfərə təsadüf etməsi belə bir fikri gücləndirir ki, Bakı, şiələri İrana bədbin eləmək və Tehranın onları müdafiə etməməsi fikrini aşılamaq üçün bu metoddan istifadə etmişlər. Həmçinin Azərbaycan respublikası dövləti imam Xumeyni məscidinin keçmiş pişnamazının ölkədən çıxmasına qadağa qoymuşdur. “islam-azəri” internet portalının raportuna əsasən Azərbaycan respublikası Astara gömrük idarəsinin məmurları Bəlbələ kəndində yerləşən imam Xumeyni məscidinin keçmiş pişnamazı hacı Mənsim Novruzovu Məşədə getmək və Qumda tələbə oğlunu görmək üçün səfərə çıxmaq istədikdə onun Azərbaycan respublikasıından çıxmağa haqqı olmadığını bildirdilər. Gömrük məmurları güc strukturlarından birinin imam Xumeyni məscidinin keçmiş pişnamazının ölkədən çıxmamasına dair əmr verdiyini bidirərək əlaqədar təfərrüatı açıqlamaqdan çəkinmişlər. Azərbaycan respublikasının gömrük məmurları ötən ilin yayında Qum elmiyyə hövzəsində təhsil alan hacı Mənsim Novruzovun oğlu Nurulla Novruzzadəyə Azərbaycan respublikasına giriş icazəsi verməmiş və bildirmişdilər ki, onun bu ölkəyə girişinə qadağa qoyulmuşdur. Nurulla Novruzzadənin həyat yoldaşı əlaqədar dairələrdən bunun səbəbini soruşduqda onlar da bu tələbənin girişinə qadağa qoyulduğunu təsdiq etmişdilər. Hacı Mənsim Noruzzadə “milli-mənəvi dəyərlərin din cəmiyyəti”nın banisi və 12 il həbsə məhkum olan və hal hazırda həbsdə olan hacı Abgül Süleymanovun qayınatasıdır. Eyni halda Azərbaycan respublikası dini işlər üzrə dövlət komitəsinin müavini demişdir ki, din tələbələrinin xaricdə təhsil almağa göndərilməsinin Qafqaz müsəlmanları idarəsinin sərəncamında olduğu qanunun qəbul olunması ilə  ötən altı-yeddi il ərzində din təhsili almaq üçün xarici ezamiyyətlər dayandırılmışdır. Gündüz İsmayılov Modern saytına demişdir: əlaqədar icra təşkilatı olan Qafqaz müsəlmanları idarəsinin din təhsili üçün xarici ezamiyyətə icazəsi lazım olduğu qərarın qəbulu ilə ötən altı-yeddi il ərzində tələbələrin din meəssisələrində təhsil alma ezamiyyəti rəsmən dayandırılmışdır. Gündüz İsmayılov artırmışdır: tələbələrin din təhsili almaq üçün xaricə ezamiyyəti Qafqaz müsəlmanları idarəsinin sərəncamına verilsə də həmin qanuna əsasən din işləri üzrə dövlət komitəsindən və təhsil nazirliyindən də icazə alınmalıdır. Əlbəttə son illərdə din təhsili üçün xaricə göndərilən olmamışdır. Lakin şəxsi şəkildə bəzi adamların din təhsili almaq üçün xaricə getmə ehtimalı vardır. Gündüz İsmayılov xaricdə din təhsili almışlara qarşı mənfi görüşün formalaşması haqqında demişdir:  Elə deyildir ki, xaricdə dini təhsil alan bütün adamlara zərərli şəxslər kimi baxılır, yaxud da onları digər ölkələrin mənafeyinin müdafiəçisi kimi qiymətləndiririk. Yox, xaricdə təhsil alanların arasında da öz vətənlərini və dövlətini sevənlər vardır! Biz isə dəfələrlə demişik ki, xaricdə din təhsili almaqdansa öz ölkəmizin təlim səviyyəsini inkişaf etdirməliyik!! Din işləri üzrə dövlət komitəsi və Qafqaz müsəlmanları idarəsi bu sahədə əməkdaşlıq edirlər!! qeyd edək ki, Azərbaycan respublikası dövlətinin şiələrə qarşı təşəbbüsləri Bəhreyndə, Ərəbistanda, Niceriyada və s. ölkələrdə şiələrin taptalanması kimidir. Bu taptalamaların ortaq cəhəti başda Amerika və İsrail olmaqla qərb dövlətlərinin əli olmasıdır. Bu məqalənin ikinci hissəsində həmin mövzunu araşdıracağıq.

görəsən dövlət nüfusun 85 faizini təşkil edən şiələrlə qarşılaşa bilərmi?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:22 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap