Səudiyyənin "Əl-Qaidə" terrorçularını himayə etməsi sənədlərdə - Fotofakt
Posted on : Azğın məzhəblər və şübhələrə cavab 10/16/2017 1:00:21 PM
“Al Masirah” saytının yaydığı sənədlərdə Ali-Səud rejiminin “Əl Qaidə” terror qruplaşmasını dəstəkləməsi əks olunub
yayılmış sənədlərdə Səudiyyə Ərəbistanının Yəməndə olan “Əl Qaidə” terror qruplaşmasına uzun müddət davam edən dəstəyi ifşa olunub. Ələ keçirilən sənəd Ali-Səuda bağlı olan Şeyx Yəhya Muqitə aiddir. Yəməndə yaşayan Muqitin vəzifəsi, ay ərzində ölkə daxili məsələlərin hesabatını Ali-Səud xanədanına ötürmək olub. 2010-cu ilə məxsus olan məktubda, Yəmənin Ali-Səuda bağlı olan “İslah” partiyasının “Əl Qaidə” terror qruplaşmasının üzvü olan Naci Əli Zaidini Məarib şəhərinin meri olaraq təyin etmək üçün səy göstərdiyi sübuta yetib. Fakt kimi göstərilir ki, “Əl Qaidə” üzvlərindən olan Naci Zaidi həqiqətəndə Səud rejiminin dəstəyi ilə bu posta layiq görülmüşdü.