header

 Quardian qəzeti: Ərəbistan haqqında şok reallıqlar

Ingiltərə qəzeti Quardian bu ölkənin Ərəbistanla geniş əməkdaşlığına işarə edərək bu əlaqənin davamı haqqında xəbərdarlıq etmişdir

Qəzet cüməaxşamı günü “şok həqiqətləri Ərəbistana başa salmağın vaxtı çatmışdır” adlı məqaləsində yazmışdır: son vaxtlar Ərəbistanın Britaniyadan aldığı salxım bombalardan Yəmən müharibəsində istifadə etdiyi bəlli olduqdan sonra da London Riyadla əlaqəsindən xeyir görə bilərmi? Məqalənin müəllifi London –Riyad arasında silah əlaqələrinin həcminə işarə edərək belə bir mövzunu araşdırmağa çalışmışdır ki, bu əlaqə informasiya və terrorçuluğa qarşı mübarizədə İngiltərənin nə qədər xeyrinədir. Quardian artırmışdır: bu mövzu (terrorçuluğa qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı) çox problemli bir məsələdir. Çünki, Ərəbistanın vahabilik və ekstremist sələfçi qruplaşmalarının təfəkkürü ilə əlaqəsi və bu təfəkkürün terrorçuluğa səbəb olması hamıya bəllidir. Quardianın yazdığına görə Ərəbistanın etiqadı və təfəkkürü ilə və bu ölkədən terrorçuluğa qarşı böyük həcmdə əməkdaşlığın umulması arasında qəbul olunmaz ziddiyyətlər vardır. Quardian xatırlatmışdır: ekstremistlər həmişə deyirlər ki, onların cəsədləri qombaraları və raketləridir, doğru da deyirlər. Qərb bu sahədə (terrorçuluğa qarşı mübarizədə) prinsipeal mövqe tutmasa bu döyüşdə məğlubiyyətə uğrayacaqdır.

Ingiltərə qəzeti Quardian bu ölkənin Ərəbistanla geniş əməkdaşlığına işarə edərək bu əlaqənin davamı haqqında xəbərdarlıq etmişdir
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:20 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap