İsrailin məhvi islam ölkələrinin qiyamından asılıdır
Posted on : Azğın məzhəblər və şübhələrə cavab 10/16/2017 1:00:20 PM
Aşağıdakı sözlər imam Xumeyni (rə) region dövlətlərinin İsrailin cinayətləri qarşısında sakit qalmaları ilə əlaqədar bəyanatlarındandır
Allah-Təbarək və Taalanın qarşısında bəhanə yoxdur. Nə bizim
bəhanəmiz var, nə sizin. Bizim heç nəyimiz yoxdur deyə bəhanə gətirə bilməzsiniz,
sizin hər nəyiniz var. Gücümüz yoxdur deyə bəhanə gətirə bilməzsiniz, hamınız qüdrətlisiniz.
Birləşsəniz, bir-birinizlə qardaşlıq etsəniz, dünya səviyyəsində böyük bir qüdrət
yarada bilərsiniz. Silahımız yoxdur bəhanəsi gətirə bilməzsiniz, sizin
silahınız dünyada heç kimdə yoxdur, sizin silahınız neftdir. Dünya sizin bu
silahınıza möhtacdır. Bu, dünyanın həyat damarıdır. Bu, Allah-Təbarək və
Taalanın sizin ixtiyarınıza verdiyi silahdır. Ondan Allah-Təbarək və Taala üçün
istifadə edin. Allah-Təbarək və Taalanın sizin qollarınıza verdiyi qüdrətdən
Allah-Təbarək və Taala üçün istifadə edin. Allah bu dövlətləri inşalla
ayıltsın. Allah inşalla bu çox olan ictimaiyyətləri ayıq eləsin, hər şeyi olan
ictimaiyyət zülmə məruz qalmışdır. Ümid edirəm ki, İranın indiyə kimi keçdiyi
yolu, zalımların əlini kəsmiş, bir mədəniyyətə doğru getməkdədir, İranı müstəqil
və azad etmişdir, bu azadlıq və istiqlaliyyət və bu həmrəylik axıracaq davam edəcəkdir.
Ümid edirəm ki, islam ölkələrindəki millətlər bu mövzuya diqqət yetirəcək və
sakit əyləşməyəcək ki, vaxt keçsin. Bu gün elə bir gündür ki, birgə qiyam etsələr
İsrail tamamilə məhv olacaqdır. Ümid edirəm ki, İsrail açıqca “mən bütün
bunları ələ keçirməliyəm” deyən və buranı öz malikanəsi hesab edən və bu
istiqamətdə addım atan (İsraili) görən dövlətlər oyanacaq, bütün regiona və
islama xərçəng vəzisi olana qarşı qiyam edəcək, boş danışmaq və əyləncələrlə
vaxtı itirməyəcəklər. Mən istəyirəm ki, bu dövlətlər zooparklarına verdikləri əhəmiyyət
qədər islama da əhəmiyyət versinlər.
Allah, inşalla islam üçün çalışan qüdrətləri qalib etsin. Allah, inşalla
inqilandan indiyə kimi və bundan sonra da mübarizə aparan və islam üçün çalışan
siz gəncləri himayə etsin. Ümid edirəm ki, Allah bütün dünya müsəlmanlarını
himayə etsin və onlar böyük qüdrətlərin zülmündən xəlas olsunlar.