Səudiyyə müftisinin anti-İran sözlərinə görə təqaüdə çıxmasına dair xəbərlərin yayılması!
Posted on : Azğın məzhəblər və şübhələrə cavab 10/16/2017 1:00:14 PM
Ərəbistanın müfti əzəmi Şeyx Əbdüləziz Al-Əlşeyx bazargünü informasiya vasitələrinə verdiyi müsahibəsində bildirmişdir ki, qırtlağındakı problem Ərəfə xütbəsini deməyə imkan verməmişdir
Al-Əlşeyx 35 il qabaqdan etibarən Ərəfə xütbəsini deyirdi.
Bu il isə birinci dəfədir ki, bədən şəraitinə görə bu xütbəni deyə bilməmişdir.
Məscidül-Haram işlərinin sədri Əbdürrəhman Əl-Sədis birinci dəfə olaraq Ərəfatda
yerləşən Nəmərə məscidində xütbə demişdir. Digər tərəfdən isə Əbdüıəzizin Ərəfə
günü hazırkı şəraitdə, İrana və şiələrə qarşı ittihamla çıxış etdikdən sonra
birinci dəfə olaraq Ərəfə xütbəsini oxumaması çoxlu suallar yaratmışdır. Rəyül-Yovm
qəzeti bu ölkənin informasiya mənbələrindən nəql edərək yazmışdır ki,
Al-Əlşeyxin İran və şiələrə qarşı çıxışları rəsmi və qeyri-rəsmi dairələrin
narazılığına səbəb olmuşdur və Ərəfə xütbəsinin onun tərəfindən oxunmamasına gətirib
çıxarmışdır. Qaynaqlar vurğulamışlar ki, kəskin bir ehtimal vardır ki, Ərəbistan
kralı Al-Əlşeyxin son sözlərinə və şiələri təkfir etməsinə görə onun xütbə deməsinə
mane olmuşdur. Qaynaqlar həmçinin vurğulamışlar ki, gələcək həftə, yaxud
aylarda Al-Əlşeyx təqaüdə çıxa bilər. Şeyx Sədis də öz xütbələrində dolayısı ilə
həmin mövzuya işarə etmiş və Al-Əlşeyxin 35 illik xidmətlərinə minnətdarlıq
etmişdir. Qaynaqların vurğuladığına görə Məkkə qəzeti Al-Əlşeyxin İrana və şiələrə
qarşı çıxışını nəşr etdiyinə görə çoxlu qınağa məruz qalmışdır. Belə ki, Şeyx
Əl-Sədis Ərəfə xütbəsində bildirmişdir ki, informasiya vasitələri bütün
imkanlarını islam dininin gücləndirilməsinə sərf etməli və şiələrə qarşı şayiələri
nəşr etməkdən çəkinməlidirlər.