header

 "Al-Səəyun"da hemoseksualların evlənməsindən tutmuş qız alveri ticarətinə qədər

Saleh Qasiminin yazdığı və Salman-Pak nəşriyyatı tərəfindən buraxılan "Al-Səəyun" kitabı bazara verilmişdir

On iki fəsli ehtiva edən kitab Al-Səudun meydana gəlməsi və onun cinayətləri haqqındadır. Qasimi birinci fəsildə Al-Səudun hakimiyyətə gəlmə yollarına işarə etmiş, həmin sülalənin hakimiyyətin müxtəlif dövrlərindəki əməllərini araşdıraraq təqdim etmişdir. Ikinci fəsildə Al-Səudun şəcərəsi, nəsli haqqında iki görüşü yenidən araşdırmış və tarixi faktlarla onların əcdadlarının yəhudi olduğunu sübut etmişdir. Kitabdan bəlli olur ki, ingilislər də onların yəhudi olduğunu açıqlamışlar. Kitabın bir hissəsində müəllif tarixi sənədlərlə göstərmişdir ki, Al-Səud Əmirəlmöminin əleyhissalamın öz qılıncı ilə məğlub etdiyi Xeybər yəhudilərinin övladıdırlar. Müəllif üçüncü fəsildə Al-Səudun ta əvvəldən cinayət tabelini araşdırmışdır. Bu hissədə oxucu onların müxtəlif yerlərdə törətdikləri qırğınlarla tanış olur. Kərbəla şiələrini qırmaq, Nəcəf-Əşrəfə hücum çəkmək, Peyğəmbər hərəmini təxrib və talana məruz qoymaq, Bəqi qəbristanındakı əimmələrin qəbirlərini təxrib etmək, Qəndhar şiələrini kütləvi şəkildə qırmaq, Suriyadakı valideynsiz qızları satmaq və ... bu xəbis şəcərənin cinayət siyahısından yalnız neçəsidir. Islam Al-Səud məzhəbində kitabın beşinci fəslində tədqiqata cəlb olunur. Oxucu bu fəsildə bu cərəyanın islam konsepsiyası ilə tanış olur. Tövhid vahabi səudiyyəlilər təriqətində, Al-Səud məzhəbində peyğəmbərin təhqir olunması, vahabi müftilərinin qəribə fətvaları həmin fəsildə araşdırılan mövzulardandır.  Mars planetində yaşamağın haram olması, "İsrailə ölüm" deməyin haram olması, hemoseksualların nigahına icazə verilməsi, erotik filmlərə baxmağın mabahlığı və .... həmin fətvalardan bəzisidir. Oxucu beşinci fəsildə Al-Səud şahzadələrinin hakimiyyətindəki dərin fahişəlik böhranı ilə rastlaşır. Bu böhran elə bir həddə çatmışdır ki, deyilənlərə görə Səudiyyə qadınlarının 50 faizi zorakılığa məruz qalmışdır. Məlik Fəhədin ərli arvadla evlənməsindən tut Məlik Abdullanın 92 yaşında olarkən cinsi preparatdan istifadə etməsi həmin kitabda tədqiqata cəgb edilmişdir. Qasimi kitabın altıncı fəslində Al-Səud şahzadələrinin geniş korrupsiyaya qapıldıqları və onların 800 milyard dollarlıq korrupsiyaları aşkar edilmişdir. Oxucu 7 və 8 fəsillərdə iqtisadiyyat, neft və Al-Səud hökumətindəki insan hüququnun vəziyyəti ilə tanış olur. Əfsanəvi sərvətlərdən tutmuş ölkədəki yoxsulluq və işsizlik həmin kitabda öz əksini tapmışdır. Bir ifadə ilə Al-Səudun qeyri-qanuni övladı sayılan təkfirçi-terrorçu qruplaşmalar 9-cu fəsildə araşdırılmışdır. Al-Səudun bu qruplaşmaları dəstəkləməsi, onların vasitəsilə islam dünyasına qarşı dəsisə planlarının həyata keçirilməsi həmin fəsildə verilmişdir. Müəllif onuncu fəsildə Al-Səud və Al-Yəhud arasındakı tarixi ideoloji və starateji ittifaqı araşdırmışdır. Həmin fəsildə Fələstin problemi və bu diyarın Al-Sud banisi tərəfindən Britaniyaya və yəhudilərə bəxşiş edilməsi mövzusu araşdırılmışdır. Bununla əlaqədar Al-Səudun banisi Məlik Əbdüləzizin yazısının tərcüməsi verilmişdir: "mən soltan Əbdüləziz Əbdürrəhman Əlfeysəl Əlsəud oğlu böyük Britaniyanın təmsilçisi Persi Kuks cənablarının qarşısında min dəfə etiraf edirəm ki, Fələstin diyarının yazıq yəhudilərə və ya Britaniyanın məsləhət bildiyi hər hansı şəxslərə verilməsinə qarşı deyiləm". On birinci fəsildə Səudiyyə şahzadələrinin qüdrət davası araşdırılmış və bu mövzuya dair faktlar verilmişdir. 12-ci fəslə gəldikdə isə bu fəsildə böyük islam inqilabının banisi imam Xumeyni həzrətləri (rh) və islam inqilabının müəzzəm rəhbəri ayətüllah-üzma Xamneyi həzrətlərinin görüş və fikirləri fəslülxitab olaraq verilmişdir. 295 səhifəlik kitabın sonunda istifadə edilən qaynaqların şəkilləri və adları verilmişdir.

Saleh Qasiminin yazdığı və Salman-Pak nəşriyyatı tərəfindən buraxılan "Al-Səəyun" kitabı bazara verilmişdir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:14 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap