Türkiyədə nigah cihadının müftisinin mızili+şəkillər
Posted on : Azğın məzhəblər və şübhələrə cavab 10/16/2017 1:00:12 PM
Səudiyyəli vahabi təbliğatçısı Məhəmməd Əl-Ərifi son vaxtlar Türkiyədə 315 min TL, 110 min dolarra bir mənzil almışdır
Əl-Aləmin raportuna görə həmişə cihad idiiasında olan Məhəmməd
Əl-Ərifinin bu təşəbbüsü internet istifadəçilərinin qınağına səbəb
olmuşdur. O, ötən illərdə qalmaqallı bir
fətva verdikdən sonra "nigah cihadı müftisi" adı ilə tanınmışdır.
Lakin sonralar bu fətvanı təkzib etmişdir. Türkiyə "Büruc Rezidans" əmlakçı
şirkəti bildirmişdir ki, Ələrifi bu mənzili həmin şirkətdən almışdır və Qaradəniz
sahili şəhəri olan Trabzonda yerləşir. Şirkət tuitter səhifəsində mənzilin sənədini
təhvil almış Ələrifinin şəklini vermişdir. Həmin sənədin altında yazılmışdır: fəxr
edirik ki, Trabzonun "Büruc
Rezidans" layihəsinin mənzil sahiblərindən biri Dr. Məhəmməd Əl-Ərifidir.
Lakin internet istifadəçilərindən Ələrifini təbrik edən çox azdır. Çoxları isə
ya onu tənqid etmiş, yaxud da məsxərə etmişdir. Həmin istifadəçilərdən biri
vahbilərin kefçəkmələrini qınayaraq yazmışdır: vahabi müftiləri gəncləri nigah
cihadı bəhanəsilə ölümə göndərir, özləri isə ən yaxşı şəaritdə yaşayırlar.
Islam haqqında isə yalnız təkfir sözünü bilirlər.