header

 Suriyanın Hələb şəhərində terrorçuların vəhşicəsinə hərəkətləri

Terrorçular vəhşicəsinə bir hərəkətdə Suriyanın Hələb şəhərində bir fələstinli uşağın başını kəsiblər.

Təsnim xəbər agentliyinin məlumatına görə, "Nurəddin Əlzənəki" adlı terror qrupu vəhşicəsinə bir hərəkətdə Suriyanın Hələb şəhərindəki Həndərat düşərgəsinin sakini olan Abdullah İsa adlı fələstinli uşağın başını Suriya ordusu ilə çiyin-çiyinə vuruşmaq ittihamı ilə kəsib. 

Bu vəhşicəsinə cinayətin videosu sosial şəbəkələrdə yayılıb. Bundan öncə də yük maşınının arxasında bu yaralı uşaq barədə bir video yayılmışdı. Həmin videoda göstərilir ki, silahlı ünsürlər onun ətrafına toplaşıb və onu Suriya ordusunun xeyrinə vuruşmaqda ittiham edərək, döyürlər.

Eyni zamanda Suriyanın rəsmi xəbər agentliyi suriyalı hərbçilərin Həmah məntəqəsindəki Səlmiyyə şəhərinin şərqinə yiyələnmələrindən xəbər verib.

Suriyanın ordusu və xalq qüvvələri İŞİD terrorçularının Suriyanın qərbindəki Səlmiyyə şəhərində toplaşdıqları məkana hücum edərək, bu məntəqənin neft kəməri ətrafında terrorçuların qərargahını məhv ediblər ki, bu əməliyyatda 40-dan çox terrorçu öldürülübdür.

Bu əməlyyatda İŞİD terrorçularının bir ədəd zirehli avtomobili və ağır silahla təchiz olunmuş bir neçə avtomobili məhv edilb və onların müəyyən miqdarda silah və sursatları müsadirə olunubdur.  

Terrorçular vəhşicəsinə bir hərəkətdə Suriyanın Hələb şəhərində bir fələstinli uşağın başını kəsiblər.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:11 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap