header

 "Nusra" terrorçularının girə bilmədikləri kəndə, Rusiya humanitar yardım göndərdi

Əl-Mhanaydan kəndi "Nusra Cəbhəsi" terrorçularının mövqelərilə cəmi 1,5 kilometr məsafədə yerləşir

Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya mərkəzinin nümayəndəsi polkovnik Vitaliy Borsolyuk jurnalistlərə bildirib ki, rusiyalı hərbçilər Suriyanın Homs əyalətinə 2 tondan çox humanitar yardım çatdırıblar. Əl-Mhanaya kəndinin sakinlərinə və qaçqınlarına qida paketləri təqdim olunub, uşaqlara isə hədiyyələr verilib. Bundan əlavə rusiyalı hərbçilər mobil tibb məntəqəsi quraşdıraraq bütün ehtiyyacı olanlara lazımi köməkliyi göstəriblər. "Biz humanitar yardımın paylandığı əl-Mhanaya yaşayış məntəqəsinə gəlmişik. Hazırda biz bu yaşayış məntəqəsinin sakinlərinə paylanılacaq 300 dəst gətirmişik." - Borsolyuk deyib. O qeyd edib ki, barış üzrə mərkəz Suriya höküməti ilə sıx qarşılıqlı əlaqədədir və yardım daha çox ehtiyacı olan insanlar kateqoriyasına daxil olanlara edilir. Kənd rəhbərliyinin nümayəndəsi Həsən əl-Həsən bildirib ki, "Nusra Cəbhəsi" terrorçularının mövqeləri əl-Mhanaydan cəmi 1,5 kilometr məsafədə yerləşir. Terrorçular kəndi müntəzəm olaraq müxtəlif cür silahlardan atəşə tuturlar və barışıq prosesini kəsməyə çalışırlar. O əlavə edib ki, Suriyada münaqişə başlandıqdan sonra əl-Mhanayın sakinləri könüllü dəstələr yaradaraq Suriya ordusu ilə birgə terrorçulara qarşı mübarizə aparırlar. "Terrorçulat bizim kəndimizi tuta bilmədilər və bilməyəcəklər də, çünki biz burada öz torpağımızı müdafiə edirik. Və onlar həyatda bura daxil ola bilməzlər. Əgər girsələr, o zaman yalnız bu kəndin bütün müdafiəçiləri öldükdən sonra girə bilərlər." - əl Həsən bildirib. O həmçinin Rusiyaya Suriya xalqına beynəlxalq terrorizmlə mübarizədə göstərdiyi və etdiyi humanitar yardımlara görə təşəkkürünü bildirib. 

Əl-Mhanaydan kəndi "Nusra Cəbhəsi" terrorçularının mövqelərilə cəmi 1,5 kilometr məsafədə yerləşir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:11 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap