header

 Həqiqi azadlıq

Mövzunun aydınlaşması üçün Azadlıq sözünün mənası və İslamın bu barədəki görüşü haqda danışmağa məcburuq.

Ümidvaram söhbətlərin məcmusu ictimaiyyətin məlumatlandırılması və habelə bizim kimi vəzifəli şəxslərin əməl etməsi üçün faydalı olacaq.
İlk öncə azadlığın mənasını aydınlaşdırmalıyıq. Azadlıq nə deməkdir? Dünyada adı-sanı olan dövlətlərin təxminən hamısı, Şərq və Qərb blokları azadlıqdan dəm vururlar. Həm Qərb demokratiyaları azadlıq iddiasındadırlar (əlbəttə, Qərbdəki azadlıq fərdi azadlıqdır), həm də Şərq bloku ölkələri, sosialist quruluşları və yaxud sosializm iddiasında olanlar azadlıq və demokratiyadan dəm vururlar. Şərq ölkələrinin çoxu dövlətlərinin adında azadlıq mənasını ifadə edən “demokratik” sözünü işlədirlər və iddia edirlər ki, bu quruluşlarda məqsədlərdən biri də azadlıqdır. Əlbəttə, azadlıq dedikdə onların məqsədi fərdi azadlıq deyil, cəmiyyət miqyasında olan azadlıqdır, yəni fərdi azadlığın cəmiyyət azadlığı saydıqları bir şeydə qarışıb həll olması.
Görürsünüz ki, dünyada azadlıq iddiası var; hər dövlət, hər rejim, hər məktəb və hər quruluş azadlığı xüsusi tərzdə tərif edir və hamı iddia edir ki, öz cəmiyyətlərində azadlığı təmin etmişlər. İslam cəmiyyətləri daxilində, o cümlədən bizim cəmiyyətmizdə də bəziləri azadlıq tərəfdarı olmaqdan dəm vururlar. Bunların içində olan inqilabçı və mömin adamlar azadlıq sözünü müqəddəs bir söz kimi işlədirlər və müxtəlif formalarda olan siyasi, iqtisadi və digər azadlıqların təmin edilməsinin tərəfdarıdırlar. Həmçinin onların içində azadlığı və azadlıq tələblərini, siyasi məqsədlərini ört-basdır etmək üçün vasitə edənlər də var.
Ölkə daxilində ziyalı qrupları və bu günlər Allahın lütfü ilə yüksək siyasi bilgilərə yiyələnmiş adi xalq arasında azadlıq sözü müxtəlif mənalarda təkrar edilir. Hər kəsin zehnində azadlığın bir mənası canlanır, onun çərçivəsi müəyyən deyil.
Əlbəttə, müxtəlif pozğunluqların - cinsi və əxalqi pozğunluqların tərəfdarı olan bəzi insanlar azadlıq şüarı ilə və “biz azadıq, istədiyimiz hər bir işi görə bilərik!” – deyə, təəssüf ki, Qərbdə adına azadlıq deyilən məsələni ortaya atırlar. Bizim cəmiyyətdə də çox vaxt azadlıq deyəndə Qərbin bu növ azadlığı yada düşür.
Dünyada azadlıq haqqındakı bu iddiaların bəlkə çoxu sual altındadır. Yəni nə Qərb ölkələrində, nə bu demokratik quruluşlarda və nə də qəzetlərin zahiri baxımdan hər bir sözü yaza və televiziya kanallarının hər bir sözü deyə bildiyi yerlərdə həqiqi azadlıq var. Orada azadlığın nümayişi və dekorasiyası mövcuddur, oradakı totalitar rejimlərin və diktatorların çirkin üzünə çəkilmiş qalın kosmetik bəzəkdir əslində. Orada da əsl azadlıq yoxdur. Bu mövzu, necə deyərlər, azad olan çoxlu ölkələrin xalqları üçün ipucu ola bilər ki, özlərinin azad olmalarında şəkk etsinlər və azadlıqlarını tələb eləsinlər.
“Azadlıq fəlsəfəsi nədir?” və “İnsan nə üçün azad olmalıdır?” suallarının fəlsəfəsi, kökü və sübutu olmalıdır. Müxtəlif sözlər deyilib: fayda, ümumi xeyir, ümumi ləzzət və maksimum, mədəni hüquqlardan biri. Bunların hamısına irad tutmaq olar. Onların özləri də irad tuturlar.
Əgər son illərdə liberalizm haqqında yazılanlara baxsanız, görərsiniz ki, azadlıq barəsində nə qədər əbəs, bihudə, faydasız və orta əsrlər dövrünə bənzər sözlər deyilib. Biri bir söz deyib, o birisi cavab verib. Sonra daha birisi gəlib və onun cavabına cavab verib. Doğrudan da, üçüncü dünya ziyalıları üçün pis əyləncə deyil: biri bu nəzəriyyənin tərəfdarı olsun, biri də o nəzəriyyənin; biri bunun arqumentlərini qəbul etsin, biri onun dəlillərini izah etsin, başqa biri də nəzəriyyəni öz adı ilə başqasına sırısın. Ən çoxu budur ki, azadlığın fəlsəfəsi və mənşəyi bir insani hüquqdur.
Azadlıq Allahın və inqilabın hədiyyəsidir. Azadlıq xalqa məxsusdur və xalqın fitri duyğularındandır.

Ayətullah Seyid Əli Xamenei

Mövzunun aydınlaşması üçün Azadlıq sözünün mənası və İslamın bu barədəki görüşü haqda danışmağa məcburuq.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap