İraq, İran və Türkiyə referenduma bir daha qarşı çıxdı
Posted on : Digər sahələr 10/16/2017 1:00:34 PM
İran, İraq və Türkiyə xarici işlər nazirləri Nyu-Yorkda birgə bəyanat verərək İraqın ərazi bütövlüyü və siyasi birliyini vurğulayıb və kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumun keçirilməsinə qarşı olduqlarını açıq-aşkar bəyan ediblər.
İran, İraq və Türkiyə xarici işlər
nazirləri çərşənbə günü Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasının kənarında
üçtərəfli görüşdə region məsələləri, xüsusilə də kürd muxtariyyətinin İraqdan
ayrılması üzrə referendum məsələsini araşdırıblar.
İran xarici işlər naziri Məhəmməd
Cavad Zərif, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və İraq xarici işlər
naziri İbrahim Cəfəri birgə bəyanatda bildiriblər: Kürd muxtariyyətinin İraqdan
ayrılması üzrə referendum planı İŞİD terror qruplaşması ilə mübarizədə İraqın
bütün nailiyyətlərini təhlükəyə atıb və regionda nəzarətə alınması asanlıqla
mümkün olmayacaq yeni münaqişəni alovlandırır.
İran, Türkiyə və İraq xarici işlər
nazirləri referendumun keçirilməsinə qarşı çıxmaq istiqamətində bütün
koordinativ addımların atılması haqda anlaşma əldə edərək İraq Kürdüstanı rəsmilərindən
referendumun keçirilməsindən çəkinmələrini istəyib və bildiriblər: Referendum
kürdlər və kürd muxtariyyətinin yerli idarəçiliyinin xeyrinə olmayacaq.
İran, Türkiyə və İraq həmçinin İraq
konstitusiyası çərçivəsində konstruktiv danışıqları Bağdad-Ərbil arasında məsələlərin
yeganə həll yolu adlandırıb və bu məsələnin həll olunması və gərginliklərin
azaldılmasında İran və Türkiyənin dəstəyinin əhəmiyyətini vurğulayıblar.
İran, Türkiyə və İraq xarici işlər
nazirləri İŞİD qarşısında İraq ordusunun böyük qələbələrini müsbət qarşılayaraq
İŞİD-dən sonra İraqda davamlı təhlükəsizlik və stabilliyin yaradılması üçün səylərin
əhəmiyyətli olduğunu qeyd ediblər.