header

 Ayətullah Xamenei Trampın son çıxışına maraqlı münasibət bildirib

“ABŞ prezidentinin əbləhanə və axmaq çıxışının, kavboy və qanqestersayağı ədəbiyyatının və büs-bütün yalan olan nitqinin səbəbi onun qəzəblənməsi, çarəsizliyi və başıboşluğuna görədir”

TasnimNews-a istinadən, bu barədə İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün ölkənin Xubriqan Şurası üzvlərini qəbul edərkən deyib.

 

ABŞ prezidenti Donald Trampın son sərt çıxışına münasibət bildirən Ayətullah Seyid Əli Xamenei bu əbləhanə nitqin əsəbdən, başıboşluqdan və məğlubiyyətdən irəli gəldiyini bildirib.

 

Ali lider bildirib ki ABŞ-ın tanınmış simaları prezidentlərinin çıxışlarından xəcalət çəkməlidirlər və belədir ki onlar bunu ibraz və ifadə də edirlər.

 

Ayətullah Seyid Əli xamenei ABŞ rəsmilərinin əsəblərinin tara çək8ilməsinin səbəbini belə açıqlayıb;

 

“Amerikalılar çoxdandır ki Asiyanın Qərbi üçün plan nəzərdə tutublar. Onun adını Yeni Yaxın şərq və Böyük Yaxın Şərq qoyurdular. Onların bu planında 3 mehvər, İraq, suriya və Livan istiqamətləri dururdu ki onların hər üçündə məqsədə nail ola bilmədilər və məğlub oldular... İndi bölgənin vəziyyəti və reallığı başqa cürdür. Livanda bir iş görə bilmədilər. İraqda istədiklərinin əksi oldu. Suriyada onların və müttəfiqlərinin etdikləri cinayətlərə baxmayaraq, təkfirçi təşki8latları dəstəkləməyə baxmayaraq, İŞİD-in sonu çatır və Nusra Cəbhəsi kimiləri isə təcrid edilir... İran İslam Respublikasının hazır olması onların və Sionist rejimin istək və planlarının baş tutmamasına səbəb oldu. Buna görə əsəbli və qəzəblidirlər. ”. / İslaminSesi.info

“ABŞ prezidentinin əbləhanə və axmaq çıxışının, kavboy və qanqestersayağı ədəbiyyatının və büs-bütün yalan olan nitqinin səbəbi onun qəzəblənməsi, çarəsizliyi və başıboşluğuna görədir”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:34 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap