KXDR-dən Trampın təhdidlərinə cavab - İt hürər karvan keçər
Posted on : Digər sahələr 10/16/2017 1:00:34 PM
Birləşmiş Millətlər Təşkilatının (BMT) 72-ci Baş Assambleyasının iclaslarında iştirak etmək üçün ABŞ-ın Nyu-york şəhərində olan KXDR təmsilçisi Ri jurnalistlərə ABŞ Prezidenti Donald Trampın dünən KXDR və lideri Kim barədə dediyi sözlərinə münasibət bildirib.
"Tramp it
kimi hürərək bizi qorxutmağa çalışır" deyə bildirən Ri, ABŞ Prezidentinin
KXDR lideri Kim Çen Ina dediyi "raket adam" ifadəsi haqda isə
"(Trampın) köməkçilərinə acıyıram" - deyə bəyan edib.
Qeyd edək ki,
dünən BMT BA-nın 72-ci sessiyasında çıxış edən Donald Tramp ABŞ-ın özünü və
müttəfiqlərini müdafiə etmək məcburiyyətində qalacağı təqdirdə KXDR-ni tamamilə
məhv etməkdən başqa seçiminin qalmayacağını bildirmişdi.
"(Şimali
Koreya lideri-red) Raket adam, həm özü, həm də rejimi üçün intihar
missiyasındadır. Əgər ABŞ, özünü və müttəfiqlərini müdafiə etmək məcburiyyətində
qalarsa Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimi qalmayacaq. ABŞ
buna hazırdır, istəklidir və bunu edə bilər ancaq buna ehtiyac qalmamasına ümid
edirəm".
KXDR təmsilçisi
Ri Trampın Kimi raket adam adlandırması barədə isə onun müavinlərinə acıdığını
bildirib.