İngiltərədə oğlan uşaqlarına qoyulan ən populyar ad - 'Məhəmməd'
Posted on : Digər sahələr 10/16/2017 1:00:34 PM
London ilə Qərb Midlands bölgəsində yaşayan ailələr keçən il doğulan oğlan uşaqlarına ən çox “Məhəmməd” adını veriblər.
Birləşmiş
Krallığın Statistika İdarəsinin (ONS) “İngiltərə
və Uelsdə körpə adları" adlı illik nəşrdə, 2016-cı ildə qız uşaqlarına
verilən ən populyar adların "Oliver" və "Olivia" olduğu qeyd olunub.
Ötən il dünyaya
gələn 5017 qıza bu ad verilib. Siyahıda daha sonra Amelia, Emily, Isla və Ava
adları gəlir.
Ötən il 6623
oğlan Oliver adı verilib, digər populyar adların Harri, Corc, Cek və Ceykob
olduğu vurğulanıb. Ən populyar 10 oğlan uşağı adı arasında 8-ci yerdə 3908 nəfərlə
“Məhəmməd” adı qərar tutub.
Qeyd olunub ki,
bir neçə fərqli yazılışda istifadə olunan Məhəmməd adı ötən il London və Qərbi
Midlands bölgəsində yaşayan ailələr üçün ən çox üstünlük təşkil edən ad olub.
Britaniyanın
paytaxtı Londonun 8,6 milyon əhalisi var ki, 12%-ni müsəlmanlar təşkil edir. Bu
ölkədə təxminən 3 milyon müsəlman yaşayır./ Maide.Az