header

 Qasırğalar ABŞ-a 300 mlrd. dollar zərər vurub

ABŞ-ın Texas ştatına "Harvey", Florida ştatına isə "İrma" qasırğasının vurduğu zərərin 290 mlrd. dollar təşkil etdiyi ehtimal olunur.

Bu ehtimalı "AccuWeather" beynəlxalq hava proqnozu şirkəti yayıb. Bu da ölkənin ÜDM-nin təxminən 1,6%-nə bərabərdir.

 

"AccuWeather"in rəhbəri Coel N.Mayersin (Joel N. Myers) açıqlamasına görə, qasırğaların zərər vurduğu bölgələrdə işsizlik kəskin artacaq, benzin və yanacaq bahalaşacaq. Mayers "İrma" qasırğasının sentyabrın 14-dən etibarən təsir gücünü itirəcəyini qeyd edib.

 

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın "Goldman Sachs" bankı qasırğaların ABŞ-ın III rüb iqtisadi artım göstəricisinə mənfi təsir edəcəyini bildirib. Bank ABŞ-ın III rüb iqtisadi artım proqnozunu 2,8%-dən 2%-ə endirib. Bununla yanaşı, "Goldman Sachs" qasırğaların vurduğu zərərin bərpa edilməsi prosesinə başlanması ilə artacaq iqtisadi fəallığın IV rübdə ÜDM-ə 0,4 faiz bəndi səviyyəsində əlavə müsbət təsir edəcəyini proqnozlaşdırır.

ABŞ-ın Texas ştatına "Harvey", Florida ştatına isə "İrma" qasırğasının vurduğu zərərin 290 mlrd. dollar təşkil etdiyi ehtimal olunur.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:33 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap