header

 AİP xalqımıza Məhərrəm ayının bərəkətini diləyib

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev Məhərrəm ayının gəlişi münasibətilə xalqımıza iman kamilliyi, keçirəcəkləri əza məclislərinin bərəkətini, Allahdan mərhəmət diləyib.

AİP mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumatda bildirilir ki, bu axşam məğrib azanında hicri-qəməri təqvimi ilə Məhərrəm ayı daxil olur. Məhərrəm ayı İslam qəməri ilinin birinci ayıdır. Amma bu ay həm də Qurani-Kərimdə yüksək dəyərləndirilir. İslam tarixində Məhərrəm ayının əsas əlamətlərindən biri həmin ayın onuncu günündə Kərbəlada baş verən Aşura hadisəsidir: 

 

“1400 il əvvəl baş vermiş, amma hər il xatırlanan İmam Hüseynin (ə) zülmə qarşı üsyanı və şəhadətə yetirilməsi təkcə İslam aləmində deyil, dünyanın bir çox qütblərində insanlar bu müsibəti acı göz yaşları ilə, əzadarlıqla yad edir, İmama sevgi və hədsiz məhəbbətlərini göstərirlər. Dövrümüzün son yüzilliklərində hətta müsəlman olmayan xilqətlər İmam Hüseyni (ə) azadlıq simvolu kimi görərək və Aşuranın fəlsəfəsini dərk etməklə milli azadlıqlarına qovuşmuşlar.  Bu isə Aşuranın mühüm olan mahiyyətini, insanlıq üçün nə qədər yüksək mənəvi, elmi-psixoloji , bəşəri dəyər daşıdığını bütün  cəhətlərilə sübut edir. 

 

İslam müxalifləri bir çox hiylə və təzyiqlərlə Aşuranın hər il xatırlanmasına, kütləvi hərəkat şəklində zülmə, zalıma nifrət və qəzəb hissinin coşqusuna mane olmağa çalışsalar da buna heç zaman nail ola bilməmişlər. Əminik ki, İmam Hüseynə (ə) istər müsəlman, istərsə də qeyri-müsəlmanların köksündə olan sevgi və eşqini heç bir qevvə söndürə, zəiflədə bilməz.  Çünki Aşura xeyrin şər üzərindəki qələbəsi, zalıma və zülmə qarşı qələbə, nəhayət Aşura İslamın qələbəsidir. 

 

Əziz, heç zaman unudulmaz əza ayı-Məhərrəm ayının gəlişi münasibətilə öncə zəmanəmizin İmamı İmam Zaman (ə.f.ş.)-ə təsniyyət ərz edir, xalqımıza Allahdan iman kamilliyi, İmam üçün keçirəcəkləri əza və hüzn məclislərində bərəkətli anlar, uca Yaradanın şəfgət və mərhəmətini diləyirik.

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev Məhərrəm ayının gəlişi münasibətilə xalqımıza iman kamilliyi, keçirəcəkləri əza məclislərinin bərəkətini, Allahdan mərhəmət diləyib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:34 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap