Amano: İran və Şimali Koreyanın nüvə əməkdaşlığı "şayiədir"
Posted on : Digər sahələr 10/16/2017 1:00:34 PM
Atom Enerjisi Beynəlxalq Agentliyinin baş direktoru İran və Şimali Koreya arasındakı nüvə əməkdaşlığını şayiə adlandırıb.
Amerikada çıxan
Ual Street Jurnal-ın yazdığına görə Yokio Amano bəzi ABŞ rəsmilərinin İran və
Şimali Koreya arasındakı nüvə əməkdaşlığı ilə bağlı şayiələr yaymaqlarına işarə
edərək, deyib: Tehran və Pxenyan arasındakı nüvə əməkdaşlıqları ilə bağlı deyilənlər
əsassızdır və AEBA bu şayiələrə əhəmiyyət vermir.
ABŞ Konqresinin
2016-cı ilin fevralında yaydığı hesabatda da İran və Şimali Koreya arasında nüvə
əməkdaşlığının olmadığı vurğulanıb.
Amerikada
"Demokratiyaları Müdafiə Fondu" adlı quruma bağlı şəxslər o cümlədən
ABŞ-ın BMT-dəki sabiq səfiri Con Bolton kimiləri İran və Şimali Koreya arasında
nüvə əməkdaşlığının olmasına dair şayiələr yaymağa çalışırlar.
AEBA 31
avqustda yaydığı hesabatda bir daha İranın nüvə anlaşması qarşısındakı öhdəliklərinə
sadiq olduğunu təsdiq etdi.