Ərəbistan və Britaniya hərbi-təhlükəsizlik anlaşması imzalayıblar
Posted on : Digər sahələr 10/16/2017 1:00:34 PM
Səudiyə Ərəbistanı və Britaniya çərşənbə axşamı bir hərbi-təhlükəsizlik anlaşması imzalayıblar.
İRNA-nın məlumatına
görə, bu anlaşma sənədi Ərəbistan vəliəhdi Məhəmməd bin Salman və Britaniyanın
müdafiə naziri Maykl Fallon tərəfindən imzalanıb. Bu hərbi-təhlükəsizlik
anlaşmasının detallarına aydınlıq gətirilməyib.
Bu anlaşma sənədi
Yəmənin artıq 2 ildən çoxdur ki, Britaniya hökuməti tərəfindən tam dəstək alan
Ali Səud rejimi tərəfindən amansız hücumlara məruz qaldığı bir şəraitdə
imzalanır.
Britaniya və
Amerikadan aldığı silahlarla Yəmən xalqına qarşı dəhşətli cinayətlər törədən Ərəbistan
indiyə kimi 12 min mülkini qırğın edib. Ölənlər arasında qadınlar və uşaqlar
çoxluq təşkil edir.
Rəsmi statistik
məlumatlara görə, Ərəbistan Britaniyanın ən iri silah müştərisidir.