header

 Yalnız Həzrət Əlidə (ə) olan 12 maraqlı məqam

Həzrəti Əlinin (ə) həyatı öyrənildikcə tükənməyən səhifədir.

Əli (ə) kamil insan, dibinə daldıqca bitməyən bir dəryadır. Hər kəs bu dəryadan öz nəsibini almaq istər. Əli (ə) barəsində öyrəndikcə, eşitdikcə onu (ə) sevənlərin qəlbi fərəhlə dolur, ona (ə) kin bəsləyənlərin isə qəlbi dahada qaralır. Bu o Həzrətin cazibə və dafiəsinin güclü təsirindəndir.

 

O Həzrət barəsində maraqli məqamlar:

 

1-İştirak etdiyi döyüşlərin hamısından qalib olaraq qayıdıb.

2-Allah Rəsulu (s) buyurub: Əli insanların ən şücaətlisidir.

3-Düşmənlərini yalnız bir zərbə ilə öldürüb.

4-Allah Rəsulu (s): Əli, Allahın düşmənlərdən intiqam aldığı qılıncıdır.

5-Piyada (atsız) döyüşərdi. Səbəbini soruşduqda: At meydandan qaçmaq üçündür mən qaçan deyiləm, yaxud qaçanı qovmaq üçündür mən qaçanı qovan deyiləm.

6-O Həzrətin zirehinin yalnız ön hissəsi var idi. Səbəbini soruşanlara belə cavab verərdi: Mən düşmənə nə arxamı çevirmərəm, nə də meydandan qaçmaram.

7-Döyüşdə iki dəstə üz-bəüz dayananda deyərdilər: Əzrayıl (ə) Əlinin (ə) qarşısındakı cərgədədir (Yəni onlar mütləq öləcəklər).

8-Döyüş öncəsi bir sərkərdə o Həzrətdən soruşur: Əğər döyüş əsnasında atlar qırılsa sizi necə tapaq? Cavab verir: Məndən uzaq düşdüyünüz yerdə (Yəni yerimdə qalacam).

9-Əgər qarşı tərəfin başçıları Əlini (ə) döyüş meydanında görsəydilər yanındakılara vəsiyyət edərdilər.

10-Cəməl döyüşündə bayrağı oğlu Məhəmməd Hənəfiyə verərkən dedi: Dağlar da yerindən dağılsa sən tərpənmə, dişlərini bir birinə sıx, özüvü Allaha tapşır, ayaqlarını yerə mıx kimi batır, gözünü düşmənin sıralarının çoxluğuna dikmə.

11- O Həzrət arpa çörəyi yeyərdi, buğda çörəyi yeməzdi.

12- Əli (ə) deyərdi: Allaha and olsun bütün ərəblər bir-birinə arxa durub və mənimlə döyüşmək üçün mübarizəyə girişsə qaçmaram və fürsət tapdıqca həmlə edərəm.

 

Y.Nuriyev/ İslaminSesi.info

Həzrəti Əlinin (ə) həyatı öyrənildikcə tükənməyən səhifədir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:34 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap