Həsən Ruhani: İranın raketlərindən danışanlar Yəməndə əhaliyə yağdırılan bombalardan danışmırlar
Posted on : Digər sahələr 10/16/2017 1:00:34 PM
Nyu-Yorkda BMT Baş Assambleyasında olan İran prezidenti jurnalistlərin suallarını cavablandırıb.
Nyu-Yorkda səfərdə
olan İran Prezidenti Həsən Ruhani ölkəsinin raket proqramı ilə bağlı ABŞ-ın
ittihamlarını rədd edib.
İslamazeri.com
"PressTV"-yə istinadla xəbər verir ki, İran Prezidenti regional və
qlobal təhdidlərə qarşı çıxa bilmək üçün ölkəsinin raket potensialını durmadan
gücləndirəcəyini bəyan edib.
Amerikalı media
mənsubları ilə söhbətində Ruhani deyib: "Xalqımız regional təhlükələrə
qarşı fəaliyyətsiz dayana bilməz. İranın raket sənayesi yalnız müdafiə məqsədlərinə
xidmət edir. Heç kəs bizə etiraz edə bilməz ki, niyə özünüzü qoruyursunuz. İran
xalqı raket istehsalına və özünümüdafiə üçün digər hərbi texnikaların ərsəyə gətirilməsinə
bundan sonra da davam edəcək. Hakimiyyətin ən böyük məsuliyyəti öz xalqını və
milli təhlükəsiziyi qorumaqdır".
"İranın
milli müdafiə proqramı barədə uzun-uzadı danışanlar, nədənsə, hər gün Yəməndə
dinc əhalinin başına yağdırılan raketlərdən heç danışmırlar", - İranın
hökumət başçısı qeyd edib.