İsrail arxeoloqları üzərində “Əliyyən Vəliyyullah” həkk edilən 2 min qızıl sikkə tapıblar- Video
Posted on : Digər sahələr 10/16/2017 1:00:34 PM
Sionist rejimi arxeoloqları Aralıq dənizində qazıntılar zamanı bir xəzinə tapıblar. Xəzinə, əsasən üzərində “La İlahə İlləllah, Məhəmməd Rəsulullah, Əliyyən Vəliyyulah” şəhadət kəlməsi olan dinarlara şamildir.
RT-ə istinadən,
arxeoloqlar bu xəzinənin, 909-1171 ci
illərdə Misir və Şimali Afrikada hakimiyyətdə olmuş Fatimilər dövlətinə aid
olduğunu deyirlər.
Məlumata görə xəzinə
hazırda Sionist rejimin nəzarətində olan (Fələstinin qədimi şəhərlərindən biri)
qədimi Qisariyyə şəhərinin Aralıq dənizi sahillərində tapılıb.
Xəzinədə belə
dinardan 2 min ədəd olub.
Bu ikinci dəfədir
ki İsrail arxeloqları Aralıq dənizində Fatimilər dövrünə aid sikkləri ehtiva edən
xəzinələri tapırlar.
2015-ci ildə də
belə bir xəzinə tapılmışdı.
İsrailli
arxeoloq Reobert Kul deyir ki, “Fatimilər dövləti varlı bir imperiya idi.
Onlarda pul vahidi qızıldan bəzən də gümüşdən idi. Bildiyimzə görə 12-ci əsrdə
Fatimilər dövlətinin xəzinəsində 12 milyon dinar var idi. Onlar çox varlı idilər.
Nəhəng imperiyanı idarə edirdilər. Bu məsələ diqqətdə saxlanılmalıdır”/ İslaminSesi.info