Nigeriya şəhərlərində “Şeyx Zəkzəkiyə azadlıq!” şüarı ilə nümayişlər keçirildi - FOTO
Posted on : Digər sahələr 10/16/2017 1:00:34 PM
Sentyabrın 17-də Nigeriyanın bir çox şəhərində Şeyx Zəkzəkinin azad edilməsi tələbilə yürüşlər keçirilib.
Nigeriya İslam
Hərəkatının tələbilə ölkənin bir çox məntəqəsində təşkil edilən kütləvi etiraz
yürüşlərində Nigeriya hökumətinin məhkəmənin tələblərinə əməl etməsi və İMN-nin
baş katibi Şeyx İbrahim Zəkzəkinin qeyd-şərtsiz azad edilməsi tələb olunub.
Mitinqlər ölkənin
Zaria, Katsina, Jalinqo, Potiskum, Bauci, Kano, Azare, Sokoto, Talatan Mafara,
Daura, Cibia və s. şəhərlərdə keçirilib. Müxtəlif plakatlar daşıyan nümayişçilər
Nigeriya ordusunun 2015-ci ildə ölkədəki Əhli-Beyt (ə) ardıcıllarına təşkil etdiyi
hücumu heç vaxt unutmayacaqlarını bildiriblər.
Nümayişçilər
Arakan müsəlmanları ilə də həmrəy olduqlarını bəyan edərək, dünya ictimaiyyətində
Myanma rejiminin rohinca müsəlmanlarına qarşı cinayətlərini dayandırması üçün təzyiq
etməsini istəyiblər.(deyerler.org)