Yəməndə Səudiyyə Ərəbistanın təcavüzü nəticəsində 2 milyon insan evlərindən didərgin düşüb
Posted on : Digər sahələr 10/16/2017 1:00:34 PM
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın təcavüzünə görə evlərini tərk edən insanların sayının 2 milyona yaxınlaşdığını bildirdi.
"AA"-a
istinadən, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən hazırlanan
hesabata görə, Yəmən daxilində evlərindən didərgin düşən yəmənlilərin sayı 1
milyon 980 min 510 nəfərə çatıb. Bunlardan 84 faizi bir ildən çoxdur ki, evlərini
tərk etmək məcburiyyətində qalıb.
Müharibədən
qaynaqlanan səbəblərdən yaranan böyük problemlərə görə narahatlığını ifadə edən
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bildirib ki, 946 min 44 insan artıq evlərinə
geri dönüb. Həmçinin Yəməndə əksəriyyətinin Somali və Efiopiyadan olan 623 min
280 qaçqının olduğu bildirilib.
BMT-nin
Qaçqınlar üzrə Ali Komissarlığı bildirib ki, Səudiyyə Ərəbistanının təcavüzü nəticəsində
Yəməndə gedən döyüşlər zamanı ölkə daxilində evlərindən didərgin düşən
qaçqınlara bu il yardım üçün 114,6 milyon dollarlıq maliyə vəsaitinin tələb
olunduğunu bildirib.
Komissarlıq bu
rəqəmin az hissəsini təmin etdiyini lakin hələdə 61,1 milyon dollara ehtiyac
olduğunu bildirib.
Qeyd edək ki,
bir müddət öncə BMT-nin Humanitar İşlər Yardım Koordinatorluğu Ofisi (OCHA) öz
"twitter" səhifəsində verdiyi açıqlamada, işğalçı Səudiyyə Ərəbistanı
rejiminin Yəmənə qarşı təcavüzü nəticəsində bu ölkədə 10 milyona yaxın uşağın təcili
humanitar yardıma möhtac olduğunu bildirmişdi.
Səudiyyə
rejiminin Yəmənə qarşı hərbi təcavüzü nəticəsində indiyədək 12 min yəmənli
ölüb, on minlərlə əhali yaralanıb, milyonlarla insan didərgin düşüb və ölkənin
infrastrukturu məhv olub.
Səudiyyə Ərəbistanının
yoxsul Yəmənə qarşı hərbi təcavüzü Yəmənin ərzaq və dərman çatışmazlığı ilə
üz-üzə qoyub və bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib.
/ Maide.Az